Ana səhifə Haqqımızda  
  Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr

GÜNÜN FOTOSU



Azərbaycan DYP əməkdaşı "iş başında".

Həvəskar fotoqrafın çəkdiyi bu görüntü son günlər internetdə ən çox izlənənlər sırasındadır.

AZƏRFOTO

 Başqa fotolar

XƏBƏR RUBRİKALARI

XƏBƏRİN OLSUN

 
Abünə olmaq
İmtina etmək

BAKIDA HAVA NECƏDİR?

Hazirda: 32°C
Külək: C-Şərq
The Weather Channel

BİZİMLƏ ƏLAQƏ

Ad, Soyad:
Telefon:
Email:
Mövzü:
İsmarıc:

NAİLİYYƏT

Netty 2007 Winner



İlham Əliyev Dövlət Bayrağı Meydanında tamamlama işləri ilə tanış olmuşdur
27 iyul 2010 | Çap üçün versiya | Dosta yolla |
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında başa çatan tamamlama işləri ilə yaxından tanış olmuşlar.

Dövlət başçısına həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, Dövlət Bayrağı Meydanında əsas dövlət rəmzlərimizdən olan Azərbaycanın nəhəng gerbi hazırlanmışdır. Bürüncdən düzəldilmiş gerbin üzəri qızılla işlənilmişdir. Həmin gerb Dövlət Bayrağı Meydanının, eləcə də paytaxtın bu hissəsinin görkəminin möhtəşəmliyini daha da artıracaq, onun görünüşünə əlavə çalarlar qatacaqdır.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya meydanda yaradılan zəngin muzey barədə də geniş məlumat verildi. Muzeyə baxış zamanı bildirildi ki, burada bayraq və digər dövlət rəmzləri ilə bağlı bir-birindən dəyərli eksponatlar toplanmışdır.

Prezident İlham Əliyevə Dövlət Bayrağı Meydanının ərazisinin genişləndirilməsi, abadlaşdırılması, landşaftının işlənməsi istiqamətində həyata keçiriləcək işlər və görüləcək digər tədbirlər barədə də məlumat verildi.

Dövlət Bayrağı Meydanında tamamlama işləri ilə yaxından tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verdi.

AZƏRFOTO

Ana səhifəyə dön

AXTAR VƏ TAP

 

BAXMAĞA DƏYƏR

Quran.az

Azerislam - Islam oldughu kimi

Analitika.az

MediaForum.az

© 2005 – 2010
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
NUR D