
Akademiyanın növbəti qonağı millət vəkili, “Ailə həkimi” jurnalının təsisçisi İlham Məmmədov olmuşdur. Qonaq gənclərə hal-hazırda medianın siyasi proseslərdə nə qədər aktiv iştirakı və rolunun əvəzsiz olması barədə danışmışdır.
Bundan əlavə İlham Məmmədov gənclərə ixtisaslaşmış jurnalistika barədə məlumat vermiş və gənclərin çoxsaylı suallarını cavablandırmışdır.
Digər qonaq isə PR mövzusunda təlimləri davam etdirmişdir. Qonaq uzun illər teleaparıcı kimi fəaliyyət göstərmiş, hal-hazırda isə Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuat katibi vəzifəsində çalışan Namiq Əliyev olmuşdur.
Bildiyiniz kimi, Akademiyanın tələbələrinə Azərbaycanın bütün tanınmış media mütəxəssisləri tərəfindən dərslər keçirilir. Gənclərə praktiki məşğələlərini Azərbaycanın bütün aparıcı tv, radio, informasiya agentlikləri və qəzetlərində keçməyə şərait yaradılmışdır. Alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərən Akademiyanın tərkibində fəaliyyət göstərən “Radio”da, “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək imkanı əldə edəcəklər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.
Hal-hazırda layihənin 30 iştirakçısı vardır.
Qeyd edək ki, layihənin partnyorları “1News” informasiya agentliyi, “Day.az” informasiya agentliyi, “APA” informasiya agentliyi, “Trend” informasiya agentliyi, “News.az” informasiya agentliyidir.
AZƏRFOTO
Ana səhifəyə dön