Ana səhifə Haqqımızda  
  Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr

GÜNÜN FOTOSU



Azərbaycan DYP əməkdaşı "iş başında".

Həvəskar fotoqrafın çəkdiyi bu görüntü son günlər internetdə ən çox izlənənlər sırasındadır.

AZƏRFOTO

 Başqa fotolar

XƏBƏR RUBRİKALARI

XƏBƏRİN OLSUN

 
Abünə olmaq
İmtina etmək

BAKIDA HAVA NECƏDİR?

Hazirda: 32°C
Külək: C-Şərq
The Weather Channel

BİZİMLƏ ƏLAQƏ

Ad, Soyad:
Telefon:
Email:
Mövzü:
İsmarıc:

NAİLİYYƏT

Netty 2007 Winner



Sərbəst güləşçilərimiz 3 gümüş və 2 bürünc medal qazandı
26 iyul 2010 | Çap üçün versiya | Dosta yolla |
20-25 iyul 2010-cu il tarixdə Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında sərbəst, qadın və yunan-Roma güləşi üzrə Dünya birinciliyi başa çatıb. Hər üç növ üzrə Azərbaycan yığma komandası turnirdə iştirak edib. Yarışların son iki günündə sərbəst güləşçilər mübarizə aparıb.

Ümumilikdə 3 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə yığmamız komanda hesabında ikinci yeri tutub.

50 kq çəkidə təmsilçimiz Nicat Muradov yarımfinalda Rusiya təmsilçisinə məğlub olaraq üçüncü yer uğrunda güləşmək hüququ qazanıb. Bu görüşdə erməni Ervand Tadevosyana (1:0, 6:0) qalib gələrək bürünc medala sahib olub.

55 kq çəkidə Toğrul Əsgərov finala qədər maneəsiz irəliləyib. Bu zaman o, ardıcıl olaraq Misir, Kanada, Yaponiya, Özbəkistan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Finalda gürcü Vladimir Xinçeqaşvili ilə gərgin keçən görüşdə (1:1, 3:1, 2:4) uduzaraq gümüş medal qazanıb.

60 kq çəkidə Ümid Məmmədov finala qədər keçirdiyi 4 görüşdə - Yaponiya, Rumıniya, İran və Qazaxstan güləşçiləri üzərində qələbə qazanıb. Finalda Rusiya təmsilçisi Hacı Abdullayevlə görüşdə (3:3, 1:2) uduzaraq gümüş medalla kifayətlənib.

74 kq çəkidə təmsilçimiz İbrahim Yusifov ilk görüşündə qələbə qazansa da, ikinci görüşdə məğlub olaraq təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib. Ardıcıl olaraq iki təsəlliverici görüşdə qələbə qazanan İbrahim bürünc medal uğrunda görüşü də qələbə ilə başa vurub və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

96 kq çəki dərəcəsində Aslanbek Alborov finala qədər Türkiyə, Slovakiya və Macarıstan təmsilçilərinə qalib gəlib. Finalda Rusiya güləşçisi Şamil Əhmədovla gərgin keçən görüşdən (0:2, 2:2, 0:2) məğlub ayrılan Aslanbek dünya birinciliyinin gümüş mükafatına sahib olub.

Sərbəst güləş üzrə yığma komandamız Dünya birinciliyində böyük məşqçi Arif Abdullayev və məşqçi Elman Əsgərovun başçılığı altında iştirak edib. Heyətdə Nicat Muradov (50 kq), Toğrul Əsgərov (55 kq), Ümid Məmmədov (60 kq), David Suynuçxanov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebisov yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev və Fərəqət Cəlalov təmsil edib.

AZƏRFOTO

Ana səhifəyə dön

AXTAR VƏ TAP

 

BAXMAĞA DƏYƏR

Quran.az

Azerislam - Islam oldughu kimi

Analitika.az

MediaForum.az

© 2005 – 2010
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
NUR D