Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Dünyanın ən müasir yol polis maşını İtaliyadadır. Amma. ..
4 may 2010 | Çap üçün versiya | Dosta yolla |
İtaliyada yeni, son dərəcə müasir 2004 Lambarcini Gallardo avtomobili yol polislərinin ixtiyarına verilib. Bu avtomobil digər polis maşınlarından xarici görnüşü, keyfiyyəti, sürəti, müasirliyi və ən əsasıda qiymətinə görə çox fərqlənir. Yeni yol polis maşını həmçinin yol qəzalarında, ekstrimal hallarda təcili yardım kimidə istifadə oluna bilər. Sürət və çevikliyi ilə fərqlənən polis maşını insan orqanlarının xəstəxanalar arasında daşınmasında da yararlıdır. Hər bir tərəfdən kameralarla təchiz olunmuş maşın gecə və gündüz ətrafda baş verən hər bir prosesi Mərkəzi idarəyə göndərə bilir. Bir sözlə bu sadəcə bir yol patrul maşını yox, İtaliyanların dedikləri kimi “polisin döyünən ürəyi və düşünən başıdır”. Amma İtaliya rəsmiləri bu füsünkar maşını polislərə verdikdə bir şeyi nəzərə almayıblar "maşın nə qədər sürətlidirsə, bir o qədərdə təhlükəlidir". Artıq istifadədə olan ən müasir və bahalı yol polis maşınlarının qəzaya düşmə halları artıb.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS