Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

50 illik sənət yolu
1 may 2010 | Çap üçün versiya | Dosta yolla |
DAK Qadınlar Şurası və Azərbaycan Dünyası “Dədə Qorqud” Milli Fondu Yazıçılar Birliyinin Natavan klubunda şairə Şərafət Əbdülcəlil qızı İdrisovanın anadan olmasının 70, yaradıcılığının 50 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirib. Tədbirin aparıcısı, DAK Qadınlar Şurasının sədr müavini Sara Göyçəli şairə haqqında tədbir iştirakçılarına məlumat verərək, onun yaradıcılığından danışıb. DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva Ş.İdrisovanın ədəbi yaradıcılığından və ictimai fəaliyyəti haqda məlumat verib. O, bildirib ki, Azərbaycan ədəbiyyatında özünəməxsus əsərlərin müəllifi hazırda çox çətin şəraitdə yaşayıb yaradır. O, əlaqədar qurumları şairəyə kömək etməyə çağırıb.
Tədbirdə DAK-ın fəxri sədri, prof. Qulamirzə Səbri Təbriznin çıxışı Azərbaycanın bütövləşməsində qadınların rolu məsələsi üzərində quruldu. “Mən şer səsləndirməyi sevən adam deyiləm. Baxmayaraq ki, yazıram. Amma məhz qadınların şərəfinə burda bir şer səsləndirəcəm. Azərbaycan qadının millətin oyanışında rolu əvəzsizdir. Məni anam Təbrizdə 40 il gözlədi ki, qayıdaram. Amma qayıda bilmədim.”
Daha sonra şairə Şərafət Əbdülcəlil qızı İdrisova DAK Qadınlar Şurasının və Azərbaycan Dünyası “Dədə Qorqud” Milli fondunun birgə təsis etdiyi diplomla təltif edilib. Müxtəlif çıxışlar və şerlər səsləndi.
Tədbirdə tanınmış ictimai-siyasi xadimlər və milli məclisin deputatları iştirak ediblər.
Xatırladaq ki, Ş. İdrisova 22 aprel 1939-cu ildə Dağıstanın Rutullu rayonunun Çilixor kəndində, ziyallı ailəsinda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Uzun illər “Azərbaycan Qadını” jurnalında, Cəfər Cabbarlı adına kinostudiyada və Azərbaycan Televiziyasında çalışıb. 70 yaşlı şairənin bu günə qədər 7 kitabı işıq üzü görüb.
1975-ci ildə “Mən dağlar qızıyam” adlı şer kitabı rus dilinə tərcümə edilib.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS