Osloda başa çatan səsvermənin nəticələrinə görə, Eurovision-2010 mahnı müsabiqəsində Azərbaycan ikinci yarımfinalda olacaqdır. 39 ölkənin iştirak etdiyi səsverməyə görə mayın 27-də II-ci yarımfinalda Ukrayna, İsveç, Kipr, Türkiyə, Danimarka, Rumınıya, İsrail, Ermənistan, Sloveniya, Xorvatiya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Hollandiya, Litva və İslandiya təmsilçiləri də Azərbaycanla birgə çıxış edəcəklər. Qrupda Ermənistanla birgə olmağımız mübarizədən qalib ayrılmağımıza vacib səbəb ola bilər.
AZƏRFOTO
Ana səhifəyə dön