3 fevral tarixində Oğuz rayonunda yerləşən "Afra" oteldə "Gənc liderlər üçün Qış Universiteti”nin açılış mərasimi keçirildi. Mərasimdə Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov, “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı və Millət vəkili Eyvaz Qurbanov iştirak etmişlər. Rəsmi hissədən sonra universitet iştirakçıları üçün liderlik xüsusiyyətləri, ritorika, işgüzar etiket, effektiv ünsiyyət mövzusunda GRBS şirkətinin prezidenti Bəhram Qurbanov, daha sonra biznes ideyaların irəli sürülməsi və onların reallaşdırılması mövzusunda “NOVCO” Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi təlimlər keçmişlər. Universitet iştirakçıları ekspertlərə mövzu əsasında onları maraqlandıran sualları vermək imkanı əldə etmşlər.
Günün sonunda musiqili əyləncəli proqram təşkil olunmuş və hər komanda hazırladığı milli rəqsi təqdim etmişdir. Nəticədə "İnkişaf" komandası gözəl perfomansı ilə qalib olmuşdur.
Fuad Əsgərov / AZƏRFOTO
Ana səhifəyə dön