Qlobal böhran və dolların ucuzlaşması səbəbindən qızıla olan tələbatın kəskin artması bu qiymətli metalın qıtlığını yarada bilər. Qızılın son vaxtlar sürətlə bahalaşmasına rəğmən onun istehsal həcmi azalmaqda davam edir.
Dünyanın qızıl hasilatçıları yeni yataqlar axtarmaqla xammal problemini həll etməyə çalışır. Bu onillikdə geoloji kəşfiyyat işlərinə ayrılan vəsaitlərin həcmi üç dəfəyədək artsa da, konkret nəticəsi yoxdur.
Bütün bunlar, o cümlədən maliyyə bazarı oyunçularının qızıla marağının artması bu metalın qiymətinin artmasını izah edir. Son məlumata görə, qızılın qiyməti növbəti dəfə tarixi maksimumu təzələyərək 1118 dollara (unsiya) çatıb.
AZƏRFOTO
Ana səhifəyə dön