Volfqanq Amadeus Motsart bugün, 27 yanvar 1756-cı ildə Avstriyanın Salzburq şəhərində anadan olmuşdur. Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri olan Mozart 600-dən çox simfonik, konsert, kamera, piano, xor kimi musiqilər bəstələmişdir. Onun əsərləri bugün də dünyanın ən nüfuzlu orkestralarının, konsert repertuarlarının ayrılmaz parçasını təşkil edir.
Motsartın atası Leopold Motsart Salzburq axriyepiskop sarayının kapelmeyster müavini və bəstəkar idi. O həmçinin təcrübəli müəllim olmuş və oğlunun doğum ilində "Versuch einer gründlichen Violinschule" adlı skripkada ifaya dair əsər nəşr etdirmişdir.
Motsartın uşaqlıq illərində ailəsi Avropa boyu bir neçə səyahətlər etmiş və Leopold Motsart bu səyahətlərdə uşaqlarının istedadını nümayiş etdirmişdir. Uzun konsert turları düz üç il yarım davam edir və ailəni Münhen, Manheym, Paris, London, Haqa və yenidən Paris kral saraylarına gətirib çıxarır.
1781-1782-ci illər aralığında Die Entgührung aus dem Serail (Seragliodan qaçış) operasını yazır. Bu əsər 16 iyul 1782-ci il tarixində səhnəyə qoyulur və müəllifə böyük uğur gətirir. Əsər tezliklə Avropanın alman dilli bölgələrində də nümayiş etdirilir və Motsartın bəstəkarlıq şöhərtini daha da artırır. Motsartın ölüm səbəbini yəqinliklə təyin etmək mümkün olmmamışdır. Ölümü bardə rəsmi sənədlərdə "hitziges Frieselfieber" (“kəskin miliar qızdırması”, darı toxumu rəngində səpgiyə işarə olunur) kimi xəstəliyin əlamətləri təsvir olunur.
V.A.Mozartın həyatına aid Miloş Forman "Amadeus" adlı film çəkib və bu film indiyə qədər də Mozartın ən gözəl təsvir olunduğu filmdir. Filmin son sözlərindən biridə belədir..."musiqi, onu öldürdu"
Elmin Seyidli / Azərfoto
Ana səhifəyə dön