Yanvarın 12-si Türkiyə Israildəki səfirinə qarşı biyabırçı münasibətə görə səfiri geri çağırdı. Səfirin (Oğuz Çelikkolun) dediklərinə görə o çətin ki birdə Israilə geri qayıtsın. Türkiyənin Tel-Əvivdəki səfirliyi bu bəyanatla çıxış edib "Əgər İsrail bizdən üzr istəməsə cavab çox sərt olacaq" "Yerusalem Post" qazetinin məlumatına görə konflikt İsrail Xarici İşlər Nazirinin müavini Danni Ayalonun Oğuz Çelikkolu Türkiyədə yayımlanan seriala görə çağırmasından başlayıb. Bəzi məlumatlara görə görüş ayın 12-si keçirilməliydi, lakin türk səfirini 1 gün tez cağırmışlar və görüşün telekameralar qarşısında olacağını çatdırmamışlar. Görüşdəki çıxışından əvvəl D.Ayalon jurnalistləri ivrit dilində salamlamış və söyləmişdir ki, "Mən adi stulda əyləşəcəm lakin Çelikkol isə alçaq oturacaqda". Ondan əlavə səfiri protokola uyğun nazirlikdə yox Ayalonun Knessetde olan kabinetində qəbul edirdilər. Bu görüş zamanı ordan türk bayrağını endirmiş, stolun üstündəki bütün içkiləri yığışdırmışlar. Ondan əlavə O.Çelikkolu yarım saat dəhlizdə gözlətmişlər. Bütün bu hay-küyü yaradan Türkiyədə yayımlanan "Kurtlar Vadisi" serialıdır. Serialın yeni bölümündə epizodların birində türk xüsusi dəstəsi qaçırılmış bir uşağı xilas etmək üçün İsrail səfirliyinə girir və oranı darmadağın edir.Sonra filmin qəhrəmanı ordakıları alçaldıcı sözlərlə adlandırır.İsrail Xarici İşlər Nazirliyinin fikrinə görə İsrail və yahudilər bu serialda uşaq alverçiləri və siyasi düşmən adlandırılıb.