Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

AZƏRBAYCAN ADƏT-ƏNƏNƏLƏRİNDƏ GENDER ROLLARI KİTABININ TƏQDİMATI
11 yanvar 2010 | Çap üçün versiya | Dosta yolla |
Bu gün Azərbaycanda idarəetmə və qərarvermə proseslərində qadın iştirakçılığı zəifdir, gender tarazlığının pozuntusu bir çox sahələrdə qabarıq şəkildə təzahür edir. Lakin bu günkü zəifliklər ölkənin keçmişinə, yoxsa məhz bu gününə bağlıdır? Bizim milli dəyərlərimizdə gender əsaslı ədalətsizlik varmı? Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Azərbaycandakı İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi 10 aylıq layihəsinin əsas məqsədi bu suallara cavab tapmaq niyyəti ilə Azərbaycan adət və ənələrində gender rollarını araşdıraraq mühüm nəticələrə gəlmək idi.
İki mövzunu - gender və mədəniyyəti - özündə birləşdirən “Azərbaycan Adət-Ənənələrində Gender Rolları” adlı layihə 01 mart 2009-31 dekabr 2009 müddətində keçirilmiş; eyni adlı kitab və sərgi ilə nəticələnmişdir. Layihənin müəllifi və rəhbəri - Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri - Şəhla xanım İsmayılovadır.
Layihənin son nəticəsi olan “Azərbaycan Adət-Ənənələrində Gender Rolları” adlı kitab milli və mənəvi kimliyimiz, özəl keyfiyyətlərimiz, ictimai münasibətlər toplumuz və ailə dəyərlərimiz haqqında diqqət çəkən gerçəklər sərgiləyir.
Kitab Azərbaycanda qadın hüquqlarının möhkəmlənməsinə və gender bərabərliyinə, Azərbaycan qadının ailədə və cəmiyyətdə əvəzsiz rolunun vurğulanmasına və stereotiplərin aradan qaldırılmasına xidmət edir.
İki dildə (azərbaycan və ingilis dillərində) hazırlanmış kitab geniş auditoriya kütləsi üçün nəzərdə tutulmuş mükəmməl təbliğat və maarifləndirmə vasitəsidir. Akademik müəssisələr, kütləvi informasiya vasitələri, tədqiqat institutları, dövlət qürumları, qeyri hökumət təşkilatları, beynəlxalq təşkilatlar, bir sözlə, gender və mədəniyyət mövzusunda çalışan hər bir kəs bu kitabdan faydalanıb, onu öz fəaliyyəti və iş prinsiplərinə müvafiq olaraq istifadə edə bilər.
Kitabın milli kitabxanalara, arxivlərə, resurs mərkəzlərinə, muzeylərə və peşəkar ittifaqlara paylanması, bu mövzu ilə maraqlanan istifadəçi kütləsini bir qədər də artırır.
KItabın heyətinə yazıçı Mehriban xanım Vəzir (müəllif), folklorşünas və fəlsəfə doktoru Afaq xanım Xürrəmqızı (elmi redaktor), filologiya elmləri namizədi Təranə xanım Mahmudova (bədii redaktor), Fuad bəy Axundov (tərcüməçi), həmçinin M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının biblioqrafları Azadə xanım Novruzova və Yasəmən xanım Sadıqova daxildir.

11 yanvar 2010 tarixində Muzey Mərkəzinin sərgi salonunda adı çəkilən kitabın təqdimatı keçirilmişdir.

Hazırladı Fuad Əsgərov və Elnur Abdulla / AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS