Ana səhifə Haqqımızda  
  Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr

GÜNÜN FOTOSU



Azərbaycan DYP əməkdaşı "iş başında".

Həvəskar fotoqrafın çəkdiyi bu görüntü son günlər internetdə ən çox izlənənlər sırasındadır.

AZƏRFOTO

 Başqa fotolar

XƏBƏR RUBRİKALARI

XƏBƏRİN OLSUN

 
Abünə olmaq
İmtina etmək

BAKIDA HAVA NECƏDİR?

Hazirda: 22°C
Külək: Ş-Qərb
Çox buludlu
The Weather Channel

BİZİMLƏ ƏLAQƏ

Ad, Soyad:
Telefon:
Email:
Mövzü:
İsmarıc:

NAİLİYYƏT

Netty 2007 Winner



MEDİA HÜQUQU İNSTİTUTU İLLİK HESABAT AÇIQLAYIB
18 dekabr 2009 | Çap üçün versiya | Dosta yolla |
Ötən gün Azərbaycan Media Mərkəzində Media Hüququ İnstitutu informasiya əldə edilməsi ilə bağlı illik hesabatının təqdimatını keçirdi. MHİ-nin rəhbəri Rəşid Hacılı MHİ-nin informasiya əldə etmək azadlığı sahəsində apardığı araşdırmaların ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən dəstəkləndiyini bildirdi. Daha sonra o hesabatın 2009-cu ildən aparılan araşdırmalara əsaslandığını, MHİ-nin əməkdaşlarının, jurnalistlərin informasiya əldə etmək azadlığı sahəsində baş verən hadisələrin davamlı monitorinq olunduğunu dedi. Onun sözlərinə görə, bu araşdırma çərçivəsində 2009-cu ildə qanunvericiliklə ictimai məlumat daşıyıcısı hesab olunan subyektlərə göndərilmiş 202 məlumat sorğusunun icra vəziyyəti monitorinq edilib.

MHİ-nin layihənin koordinatoru Xalid Ağaliyev bildirdi ki, məlumat sahibləri 202 sorğunun 58-nə cavab veriblər. Cavabların heç biri qısa zamanda təqdim edilməyib. 20 məlumat sorğusuna 7 iş günü ərzində cavab göndərilib. Bu cavabların 9-da məlumat sahibləri istənilən məlumatı verməkdən imtina ediblər. X.Ağaliyev sorğulara verilən 58 cavabdan 38-nin sorğuya 7 günlük müddət ötdükdən sonra göndərildiyini, həmin cavabların 33-nün natamam olduğunu, bu cavablarda istənilən 3 məlumatdan 1-nin sorğu ünvanlanan şəxsə təqdim olunduğunu əlavə etdi. Naxçıvan Muxtar Respublikasına göndərilən 13 məlumat sorğusundan 1-nə cavab göndərilib, o cavabda isə istənilən sənədin verilməsindən imtina olunub. Sorğu sahiblərinə ünvanlanmış 200 şifahi məlumat sorğusundan 80-nə cavab almaq mümkün olub.

AZƏRFOTO

Ana səhifəyə dön

AXTAR VƏ TAP

 

BAXMAĞA DƏYƏR

Quran.az

Azerislam - Islam oldughu kimi

Analitika.az

MediaForum.az

© 2005 – 2010
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
NUR D