
Noyabrın 4-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində 2-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi öz işinə başlayacaq. “CIPS 2009” sərgisi “ITE Group” şirkətinin xarici ölkələrdə keçirdiyi bir sıra layihələr seriyasına, “MIPS” – Moskva Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Yanğın Əleyhinə Mühafizə Sərgisi, eləcə də Özbəkistan və Qazaxıstanın analoji sərgiləri daxildir. “İteca Caspian” LLC şirkətindən RİYAD MEDİA-ya verilən məlumata görə, bu il sözügedən sərgi “BakuTel” Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı ilə birgə keçiriləcək. Sərgilərin birgə keçirilməsi əhalinin təhlükəsizliyinin təmin olunmasında informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi və sərgi ekspozisiyalarının hər iki sektorun mütəxəssisləri üçün maraq kəsb etməsi ilə əlaqələndirilir.
“CIPS” sərgisi beynəlxalq səviyyəli eksponentləri bir araya toplayacaq. Azərbaycan, Türkiyə, Yaponiya, Rusiya və Ukraynadan olan şirkətlər sərgidəki iştiraklarını artıq təsdiq ediblər. Sərgidə “Panasonic”, “LG”, “FORTEZA” kimi ticarət nişanları da təqdim olunacaq.
Sərgi öz işini 7 noyabr tarixinə qədər davam etdirəcək.
AZƏRFOTO
Ana səhifəyə dön