Ana səhifə Haqqımızda  
  Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr

GÜNÜN FOTOSU



Azərbaycan DYP əməkdaşı "iş başında".

Həvəskar fotoqrafın çəkdiyi bu görüntü son günlər internetdə ən çox izlənənlər sırasındadır.

AZƏRFOTO

 Başqa fotolar

XƏBƏR RUBRİKALARI

XƏBƏRİN OLSUN

 
Abünə olmaq
İmtina etmək

BAKIDA HAVA NECƏDİR?

Hazirda: 22°C
Külək: Ş-Qərb
Buludlu
The Weather Channel

BİZİMLƏ ƏLAQƏ

Ad, Soyad:
Telefon:
Email:
Mövzü:
İsmarıc:

NAİLİYYƏT

Netty 2007 Winner



POLİS ETİRAZ AKSİYASI KEÇİRMƏYƏ MANE OLDU
25 sentyabr 2009 | Çap üçün versiya | Dosta yolla |
Ötən gün saat 12-00-da Demokratiya Uğrunda İttifaq (DUİ) və Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup fəalı Xarici İşlər Nazirliyi qarşısında icazəsiz aksiya keçirməyə cəhd etdi. Metronun “Nizami“ stansiyasının qarşısından XİN binasına irəliləyən aksiya iştirakçılarının qarşısını kəsən polislər bayraqdar Elman Türkoğlunu zorla maşına mindirərək apardılar.

DUİ-nin təmsilçisi və piketin koordinatoru Xəzər Teyyublu bildirdi ki, piketi razılaşdırmaq üçün əvvəlcədən Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərsələr də, icazə verilməyib.

Piketdə iştirak edən deputat Pənah Hüseynlə polis əməkdaşları arasında mübahisə yarandı. Lakin qısa danışıqdan sonra piketin qətnaməsinin XİN-ə təqdim olunmasına icazə verildi. Qətnamədə Azərbaycan hakimiyyətindən Madrid prinsipləri əsasında danışıqlardan imtina edilməsi tələb olunur, eyni
zamanda Ermənistanla Türkiyə arasında sərhədlərin açılması niyyətinə etiraz bildirilir.

Pənah Hüseyn jurnalistlərə bildirdi ki, Qarabağ probleminin Madrid prinsipləri ilə həllinə etiraz edən piketçilər hesab edirlər ki, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində əməli addımlar atılmalıdır.

Piketdə sonunda məlum oldu ki, polis tərəfindən saxlanılan Elman Türkoğlu ərazidən uzaqlaşdırıldıqdan sonra sərbəst buraxılıb.

AZƏRFOTO

Ana səhifəyə dön

AXTAR VƏ TAP

 

BAXMAĞA DƏYƏR

Quran.az

Azerislam - Islam oldughu kimi

Analitika.az

MediaForum.az

© 2005 – 2010
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
NUR D