Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

LAÇIN - UZUNÖMÜRLÜLƏR DİYARI
23 sentyabr 2009 | Çap üçün versiya | Dosta yolla |
Laçın uzun ömürlülər diyardır. Bu torpaqda 100-dən yuxarı yaşı olan insanlar çoxdur. Dağlar qoynunda yerləşən məkan saf iqlimi və zəngin təbiəti ilə burada yaşayan insanları fiziki cəhətdən sağlam və uzun ömürlü yaşamasına imkan verirdi.

Elə 106 yaşlı Gülzar nənə də bu insanlardandır. “Riyad Media” agentliyinin Qarabağ bölgə müxbirinin məlumatına görə, Laçın rayonunun ən yaşlı insanlarından biri olan Gülzar Nəsibova 1904-cü ildə Lolabağırlı kəndində anadan olub. Hazırda Bərdə rayonunda müvəqqəti məskunlaşıb. İki əsr yaşayan nənə bu yaxınlarda 107 yaşını qeyd edəcək. Yaşına baxmayaraq Gülzar nənə özunü yaxşı hiss edir, sadəcə gözləri yaxşı görmür. Eşitmə qabliyyəti, danışığı, məntiqi tam normaldır. Gülzar nənə belə sağlam və gümrah qalmasında, uzun ömürlü yaşamasında Laçın torpağına, havasına, suyuna borclu olduğunu deyir.

13 yaşında ailə həyatı quran Gülzar nənə dramatik həyat yaşayıb. İlk həyat yoldaşı Böyük Vətən müharibəsinə yollansa da, naməlum səbəblərdən qayıtmayıb. Gülzar nənə bir neçə ildən sonra yenidən ailə həyatı qurub. Hər iki ailə həyatından 8 övladı, 40 nəvəsi, 52 nəticəsi və 5 kötücəsi var. Gülzar nənənin sözlərinə görə, “Tək arzum Laçına qayıdıb öz yurdumda ölsəm heç dərdim də olmaz” – deyir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS