Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

FOTO VƏ SƏNƏT DÜŞƏRGƏSİ YEKUNLAŞDI
29 avgust 2009 | Çap üçün versiya | Dosta yolla |
26-29 Avqust 2009-cu il tarixində “İRƏLİ” İctimai Birliyi və “iStudio” bədii foto məktəbinin təşkilatçılığı ilə Gənclərin 1-ci Foto və Sənət düşərgəsi yekunlaşdı. Tədbirin ilk günü gənclərə “Foto sənətinin tarixi” mövzusunda mühazirə keçirilmiş, eyni zamanda peşəkar fotoqrafın riayət etməli olduğu texniki biliklər aşılanmışdır. Daha sonra gənclər qruplara bölünərək interaktiv təlimlərdə iştirak etmişdir.

Foto təlimlərini İsa Aydın, Günel İsmayılova, Türkan Hüseynova və Aytən Məmmədova tədris etdiyi bu layihədə foto sənəti, rəssamlıq, musiqişünas, sənətşünas, teatr, kino və başqa sənət sahələrini təmsil edən istedadlı gənclər iştirak etmişdir.

29 Avqustda Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Hüseynov və “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlının iştirakı ilə layihənin bağlanış mərasimi keçirilmişdir. Düşərgə iştirakçılarının rəsm və foto əsərlərinin nümayiş olunduğu sərgidən ibarət olan bağlanış mərasimində düşərgədə 4 nominasiya üzrə qalib gəlmiş gənclərə rəqəmsal fotoaparat hədiyyə edilmişdir. Foto nominasiyası üzrə Vüsal Atayev, Rəsm nominasiyası üzrə Alyona Bandurina, Dizayn nominasiyası üzrə Telman Şıxəliyev, Sosial reklam nominasiyası üzrə Türkan Hüseynova qalib olmuşdur. Bağlanış mərasimini gənc skripka ifaçısı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti Rövşən Əmrahov müşayiət etmişdir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS