Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

FOTO VƏ SƏNƏT DÜŞƏRGƏSİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ
27 avgust 2009 | Çap üçün versiya | Dosta yolla |
“İRƏLİ” İctimai Birliyi və “iStudio” bədii foto məktəbinin təşkilatçılığı ilə Gənclərin 1-ci Foto və Sənət düşərgəsinin açılışı baş tutdu.

Düşərgənin açılış mərasimində “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı çıxış etmişdir. Onun bildirdiyinə görə “Düşərgənin məqsədi sənət yönümlü kreativ gənclərə peşəkar təlimçilər tərəfindən təlimlərin keçirilməsi, gəncləri maraqlandıran layihələrin müəyyən olunaraq onların dəstəklənməsi üçün mexanizmlərin araşdırılması, kreativ gənclərin şəbəkəsinin yaradılması yolu ilə gələcəkdə sənət yönümlü layihələrin sayının artırılması, inkişaf edən Azərbaycanda sənət yönümlü kreativ gənclərin kreativ baxışları ilə yeni layihələrin reallaşmasıdır.

Tədbirin ilk günü gənclərə “Foto sənətinin tarixi” mövzusunda mühazirə keçirilmiş, eyni zamanda peşəkar fotoqrafın riayət etməli olduğu texniki biliklər aşılanmışdır. Daha sonra gənclər qruplara bölünərək interaktiv təlimlərdə iştirak etmişdir.

Foto təlimlərini İsa Aydın, Günel İsmayılova, Türkan Hüseynova və Aytən Məmmədova tədris edir.

Düşərgənin 2-ci günü ekskursiya xarakterlidir. Gənclər Oğuzun tarixi Aşağı Daşağıl kəndinə səfər edəcək, yolüstü qədim Uğan mağarasını görəcək, burada foto çəkilişlər həyata keçirərək praktiki biliklərini artıracaqdır.

Layihədə foto sənəti, rəssamlıq, musiqişünas, sənətşünas, teatr, kino və başqa sənət sahələrini təmsil edən istedadlı gənclər iştirak edir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS