Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

FOTO VƏ SƏNƏT DÜŞƏRGƏSİ KEÇİRİLƏCƏK
24 avgust 2009 | Çap üçün versiya | Dosta yolla |
Azərbaycanda ilk dəfə “İRƏLİ” İctimai Birliyi və “iStudio” bədii foto məktəbinin təşkilatçılığı ilə Azərbaycanda 1-ci Foto və Sənət düşərgəsi keçiriləcəkdir. Düşərgədə qeyd olunan istiqamətdə xüsusi istedada malik olan 40 fəal gənc iştirak edəcəkdir.

Düşərgə 26-29 Avqust 2009-cu il tarixində Oğuz rayonunda yerləşən AFRA oteldə baş tutacaqdır.

Düşərgənin məqsədi sənət yönümlü kreativ gənclərə peşəkar təlimçilər tərəfindən təlimlərin keçirilməsi, gəncləri maraqlandıran layihələrin müəyyən olunaraq onların dəstəklənməsi üçün mexanizmlərin araşdırılması, kreativ gənclərin şəbəkəsinin yaradılması yolu ilə gələcəkdə sənət yönümlü layihələrin sayının artırılması, inkişaf edən Azərbaycanda sənət yönümlü kreativ gənclərin kreativ baxışları ilə yeni layihələrin reallaşması və s.-dir.

Layihə bu yay ərzində “İRƏLİ” İctimai Birliyi tərəfindən reallaşdırılan sayca 26-cı düşərgə olacaqdır.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS