Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

NAXÇIVANDA AVİA BİLET ALAN SƏRNİŞİNLƏRDƏN QANUNSUZ OLARAQ ARTIQ PUL ALINIR
20 avgust 2009 | Çap üçün versiya | Dosta yolla |
Naxçıvan Beynəlxalq Hava Limanında və Naxçıvan şəhərinin mərkəzində yerləşən Aviakassada bilet alan sərnişinlər kassirlər tərəfindən aldadılır. Naxçıvan - Bakı istiqamətində sərnişin biletlərinin qiymətinin 40 AZN olduğu halda sərnişinlərdən 45 AZN tələb olunur. Tələb olunan məbləği ödəməyənlərə isə bilet satılmır. Məlumatı RATİ-nin Naxçıvandakı bölgə müxbirlərinə bir qrup sərnişin bildirib.

“Mən 4 bilet almışam. Biletin hər birində məndən 5 AZN artıq alınıb. Səbəbini soruşduqda isə - “sifarişli yerlərdir, tapşırıq yuxarıdan gəlib”, deyə cavab verirlər. Onlara deyirəm ki, sifarişli yer bir-iki olar, siz biletlərin hamısını bu adla satırsınız. Mənə arxa cərgələrdə yer ver, amma qanuni qiymətini alın. Kassir mənə dedi ki, alırsan al, almırsan alma qiymət budur”, - sərnişin Sultan Ələkbərov müxbirlərimizə deyib.

Müxbirlərimiz məsələni araşdırmaq üçün Aviakassaya və Hava Limanında müşahidə aparıblar və biletlərin həqiqətən də 45 AZN-ə satıldığının şahidi olublar. Hava Limanında biletlərin hansı səbəbdən baha qiymətə satıldığını soruşduqda, kassir -“Tapşırıq yuxarılardan gəlib” - deyə müxbirimizə cavab verib.

Habelə faktı araşdırmaq məqsədilə sərnişinlər arasında sorğu aparan müxbirlər təzyiqlə də üzləşiblər. Özünü Hava Limanının növbə rəisi Elçin kimi təqdim edən şəxs RATİ-nin müxbirinə qarşı kobudluq edərək ondan diktofonu söndürməyi tələb edib. Sonradan müxbirlərə yaxınlaşan Hava Limanının Polis Şöbəsinin rəisi və bir neçə polis nəfəri qarşıdurmanın qarşısını alıb. Polis rəisi bildirib ki, hava limanını rəhbərliyinin biletlərin baha satılmasından xəbəri yoxdur.

“Biz rəhbərliyi məlumatlandıracağıq, məsələ araşdırılacaq və artıq qiymətə bilet satanlar cəzalandırılacaq”, - deyə Hava Limanını Polis Şöbəsinin rəisi deyib.

Buna baxmayaraq əldə etdiyimiz son məlumatlara görə, Hava Limanında bilet alan sərnişinlərin aldadılması davam etməkdədir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS