Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

TAXIL ZƏMİLƏRİNİ KİM YANDIRIR?
25 iyul 2009 | Çap üçün versiya | Dosta yolla |
Cəlilabadda taxıl sahələrində baş verən naməlum yanğınlar kənd camaatını yaman dilxor edib. Vəziyyət o yerə çatıb ki, bu illik ruzilərini itirmək təhlükəsilə üz- üzə qalan kəndçi, əlini rayonun müvafiq təşkilatçılarına uzadaraq kömək gözləyir. Suluçeşmə kəndinin ərazilərindən başqa Cəlilabad rayonu üzrə Quluməmmədli , Əliabad, Tavlar, Moranlı, Qarakazımlı, Sabirabad kəndlərində mütəmadi olaraq taxıl sahələrində yanğın halları baş verib.
Təkcə Dərəli kəndində 450 hektara qədər taxıl sahəsi tamamilə yanaraq kül olub. Cəlilabad rayonunda demək olar ki, hər gün taxıl sahələrində yanğın qeydə alınıb. Buna baxmayaraq hələ də yanan ərazilərin dəqiq sahəsi hesablanmayib. Rəsmi mənbələr yanmış sahəni 800 hektar olduğunu iddia etsələr də, sakinlərin dediyi isə tam fərqli rəqəmlər göstərir.
Sakinlərin bildirdiklərinə görə, bu il Cəlilabadda əkilmiş taxıl sahələrinin 2000 hektara qədər hissəsi biçilməmiş halda yanaraq külə dönüb. Məlumat üçün bildirək ki, bu il rayonda 65 min 941 hektarda taxıl bitgiləri əkilib, bu günə qədər 65 min 242 hektar sahədə taxıl biçini başa çatib. Biçinin 97 %-ni başa vuran əkinçilər 123 min 991 ton taxıl tədarük edib. Taxıl əkinində, ötən illə müqayisədə heç bir dəyişiklik hiss olunmayıb.
Buna baxmayaraq taxılın qiyməti 14 qəpikdən baha satılmayıb. Bu da ötən illə müqayisədə 16 qəpik ucuz satılıb. Qeyd edək ki, taxıl yığımı hələ davam edir, əkinçilər isə gələn həftənin sonuna qədər məhsul yığımını itgisiz başa vurmaq arzusundadırlar.

Eyyub Məmmədov/AZƏRFOTO, Cənub bölgəsi

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS