Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

CƏNUB BÖLGƏSİNDƏ SAHİBKARLARA GÜZƏŞTLİ KREDİTLƏR VERİLİB
25 iyul 2009 | Çap üçün versiya | Dosta yolla |
İqtisadi inkişaf nazirliyinin sahibkarlara kömək milli fondu bu gün, Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “ regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini keçirib. Tədbirdə bölgədən olan 166 sahibkara 800 min manata yaxın güzəştli kredit verilib.

Tədbirdə iştirak edənlər öncə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən əlliyədək sahibkarın istehsal etdikləri məhsulların və xidmətlərin sərgisi ilə tanış olublar. Lənkəran olimpiya idman kompleksində təşkil olunan sərgidə emal sənayesi, kənd təsərrüfatı, tikinti materialları , qədim xalq sənəti nümunələri nümayiş olunub. Həmçinin tədbirdə ölkə başçısının regionların inkişafı ilə bağlı gördüyü işlərdən hazırlanmış video film nümayiş olundu.

Tədbirdə Lənkəran şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, son illər sahibkarlığa göstərilən dövlət qayğısından danışdı. Sahibkarlığa kömək milli fondunun icraçı direktoru Şirzad Abdullayevin verdiyi məlumata görə, fondun vəsaiti hesabına yeddi müvəkkil kredit vasitəsi ilə Lənkəran, Masallı, Cəlilabad, Lerik və Astara rayonlarında sənaye, kənd təsərrüfatı məhsullarının və tikinti materiallarının istehsalı, eləcə də turizm sahəsində fəaliyyət göstərən 166 sahibkara 800 min manata yaxın güzəştli kreditlər verilib. 5,000 manatdan 15,000 manata qədər verilən kreditlərin qaytarılma müddəti 2 ilə qədər nəzərdə tutulub. Yerli fermerlər bu kreditlərin aqrar sahənin inkişafına kömək edəcəyini bildirirlər. Qeyd edək ki, güzəştli kreditlərin hesabına maliyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində regionda 330 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyyub Məmmədov/AZƏRFOTO, Cənub bölgəsi

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS