Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“XI YÜZİLLİYİN TARİXİ ONOMASTİK LEKSİKASI” KİTABI ÇAPDAN ÇIXIB
24 iyul 2009 | Çap üçün versiya | Dosta yolla |
“XI yüzilliyin tarixi onomastik leksikası” (Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsəri əsasında) kitabı çapdan çıxıb. Kitabın müəllifi gənc tədqiqatçı Cahid İsmayıloğludur.

Kitabda Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” əsəri dilçilik baxımından tədqiq olunub. C.İsmayıloğlu M.Kaşğaridən başlasa da, əsərin məzmunu yalnız Kaşğari “Divan”ının materialları ilə məhdudlaşmır. Müəllif başqa mənbələrə – qədim türk yazılı abidələrinə, “Oğuznamələr”ə, Yusif Balasaqunlunun “Kutadqu bilik” əsərinə də yeri gəldikcə nəzər salmalı olub.

C.İsmayıloğlu bu qənaətə gəlir ki, M.Kaşğari daha çox Xaqanlıq türkcəsini, Çigilcə və Oğuzcanı canlandıra bilib, bununla yanaşı: “…Bizans hüdudlarından Çin sərhədlərinə qədər uzanan türk ellərində yaşayan türk qəbilə və tayfalarının ləhcə və dillərindən də nümunələr verib. Kitabda türklərin yaşadığı yerlərə, türk etnoqrafiyasına, onların toplum həyatına, inanclarına dair də məlumatlar tapmaq olar”.

Müəllif hesab edir ki, ondan əvvəlki tədqiqatçılar “Divan”dakı adların mənşəyindən danışarkən türk mənşəli xüsusi adlara – antroponimlərə az diqqət yetiriblər. Əsərdə bu cür antroponimlərə xüsusi yer verən C.İsmayıloğlu türk mənşəli antroponimlərdən danışarkən türkləri iki qrupa - şimal və cənub türk xalqlarına ayırır: “Tədqiqatlar göstərir ki, Mahmud Kaşğarlı dövründə bütün türk xalqları iki – şimal və cənub qrupuna ayrılmışdı. Şimal qrupunu qıpçaqlar, peçeneqlər, tatarlar, qırğızlar təşkil etdiyi halda, cənub qrupunu uyğurlar, tabğaclar, çigillər, tuxsilər, yağmalar, cumullar, çaruklar və digərləri təşkil edirdi”.

“XI yüzilliyin tarixi onomastik leksikası” (Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsəri əsasında) kitabına ön sözü professor Q.Ş.Kazımov yazıb.

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS