Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

GƏNCƏDƏ "QƏRB JURNALİSTLƏR BİRLİYİ" MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRDİ
23 iyul 2009 | Çap üçün versiya | Dosta yolla |
"Qərb Jurnalistlər Birliyi" və "Gənc Vətənpərvərlər Birliyi" Gəncədə 22 iyul Mətbuat günü münasibətilə bir neçə qocaman və gənc jurnalistləri diplomla təltif etdilər. Tədbirdə çıxış edən Elçin Axundov ulu öndərimizin mətbuata göstərdiyi qayğı və diqqətdən danışdı. Şəhid jurnalistlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Regionlarda aparılan sorğuya əsasən İlin ən yaxşı jurnalisti "Reallıq" qəzetinin redaktoru İkram Rafiqoğlu, İlin perspektivli jurnalisti "Region xəbər" qəzetinin təsisçisi
Cəlil Cavanşir, Əsrin təcrübəli jurnalisti Sabir Yaşar diplomlarla təltif olundular. Həmçinin tədbirdə reket jurnalistlərdən də söz açıldı. Bu vəziyyətin regionda aradan qaldırılması üçün bir neçə təkliflər verildi
və həmçinin Gəncə şəhərində jurnalistlərlə məmurların görüşü də müzakirə olunaraq tezliklə həyata keçəcəyi bildirildi.

"Qərb Jurnalistlər Birliyi"-nin rəhbəri İkram Rafiqoğlu gənc jurnalistlərimizə hər zaman dəstək olduqlarını və istənilən vaxt qapılarının regiondakı ali təhsilli gənc jurnalistlərimizə açıq olduğunu qeyd etdi.

Ayaz Quliyev / AZƏRFOTO, Gəncə

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS