Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

MASALLIDA BIÇAQLANMA HADİSƏSİ BAŞ VERİB
22 iyul 2009 | Çap üçün versiya | Dosta yolla |
Masallı rayonunun Ərkivan qəsəbəsində, toy mərasimində iki qohum ciddi münaqişə zəmnində bir-birinə hücum ediblər. Qalmaqal nəticəsində 21 yaşlı Yaqubov Elnur Gülağa oğlu həmyaşıdına və həmyerlisinə, Şiriyev Malik Fərman oğluna arxadan 2 bıçaq zərbəsi endirib. Zərərçəkən yaxınları tərəfindən ağır vəziyyətdə, Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisəni törətmiş Elnur Yaqubov hadisə yerindən qaçmağa müvəffəq ola bilib. Masallı rayon polis şöbəsindən aldığımız məlumata görə, törətdiyi cinayətlə bağlı Elnur Yaqubov barəsində həbs qəti imkan tədbiri seçilib. Barəsində Azərbaycan respublikası cinayət məcəlləsinin 126.1 , qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Eyyub Məmmədov/AZƏRFOTO, Cənub bölgəsi

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS