Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

GƏNCƏDƏ İŞSİZ GƏNCLƏRİMİZİN SAYI AZALIR
22 iyul 2009 | Çap üçün versiya | Dosta yolla |
Gəncə şəhərində fəaliyyət göstərən Gənclərin Məşğulluq Resurs Mərkəzi artıq 7 aydır ki, öz məqsədilə gənclərin işsizlik problemlərinin həllinə dair fəaliyyətini davam etdirir. Son iki ayda əməkdaş şirkətlər siyahısına 2 yeni şirkət artırılıb. Belə ki, bu müddətdə Mərkəz “My Way” oteli və “AzerMed” dərman firması ilə müqavilə bağlamış və həmin şirkətlərin vakant yerlərinə müraciət üçün gəncləri yönləndirmişdir. Nəticədə iyun-iyul ayları ərzində daha 5 nəfər gənc mərkəzin vasitəçiliyi ilə işlə təmin olunub.Həmin müraciətçilər hazırda Eşqin Tanrıverdiyev- “My Way” otelində marketoloq, Hakim Ələsgərov - “My Way” otelində qeydiyyatçı, Kamilə Həsənova - “My Way” otelində qeydiyyatçı, Günel Məmmədova – “AzerMed” dərman firmasında reklam işi üzrə əlaqələndirici, Nazilə Hacıyeva – “Stomodent” stomotoloji poliklinikasında tibb bacısı vəzifələrində işləyirlər.

Eşqin Tanrıverdiyev- “My Way”oteli, marketoloq:
“Gələcəyə Körpü təşkilatının bir neçə il aktiv üzvlərindən olmuşam. Orada qazandığım təcrübələrin sayəsində və yenə də təşkilatın nəzdində fəaliyyət göstərən Gənclərin Məşğulluq Resurs Mərkəzinin sayəsində özümə uyğun yeni bir iş tapdım”.


Həmçinin 4 nəfər təcrübə proqramına cəlb olunub. Gülnarə Zeynalova – “SOS” Uşaq Kəndi yardıma ehtiyacı olan qadınlarla iş, Xumar Mehdiyeva – “SOS” Uşaq Kəndi yardıma ehtiyacı olan uşaqlarla iş, Günay Səmədova – “SOS” Uşaq Kəndi müəllim köməkçisi, Ülkər Əsgərova – “SOS” Uşaq Kəndi müəllim köməkçisi.

Artıq Mərkəzin fəaliyyəti dövründə 100-dən artıq gənc ərizəsilə müraciət etmiş və bunlardan 16 nəfər Mərkəz vasitəsi ilə işlə təmin olunub, 11 nəfər isə təcrübə proqramına cəlb edilibdir.

Xatıdrladaq ki, gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi Avropa Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS