Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

LƏNKƏRANDA KÜTLƏVİ QİDA ZƏHƏRLƏNMƏSİ QEYDƏ ALINIB
18 iyul 2009 | Çap üçün versiya | Dosta yolla |
Lənkəranın Təngivan kəndində çoxsaylı insan zəhərlənməsi baş verib. Hadisə Təngivan kənd sakini Tofiq Məmmədovun qızı üçün təşkil etdiyi toyda baş verib. Toy mərasimində olan sakinlərin dediyinə görə, məclisdə iştirak edənlərin təxminən 100-ə yaxını zəhərlənib. Toy gecəsi sakinlər sağlamlıqlarında heç bir problem hiss etməyiblər, lakin toy gününün səhəri də səhhətlərində ağırlaşma hiss edən sakinlər həkimə müraciət etməyiblər. Daha sonra kəskin ürəkbulanma və qusma halları ara verməyib. Vəziyyəti belə görən görən xəstələr Lənkəran rayon mərkəzi xəstəxanasının infeksion xəstəlikləri şöbəsinə, qida toksiki infeksiya diaqnozu ilə daxil olublar. Kənd sakinlərinin dediyinə görə toyda iştirak edən başqa kəndlərin sakinləri də zəhərləniblər, xəstələrin isə böyük əksəriyyəti evlərdə müalicə olunur. Elə ailələr var ki, ailə üzvlərinin hamısı zəhərlənib.

Lənkəran RMX-nın infeksion xəstəlikləri şöbəsinin müdiri Zəfər Fərzullayevin dediyinə görə, zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin sayının artacağı istisna olunmur. Qeyd edək ki, eyni tip zəhərlənmə hadisəsi, yaxın vaxtlarda bir ailənin yumurta qidasını qəbul etməsi nəticəsində də baş vermişdi.

Eyyub Məmmədov/AZƏRFOTO, Cənub bölgəsi

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS