Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

LƏNKƏRANDA ELEKTRİK ŞƏBƏKƏSİNDƏ BAŞ VERMİŞ YANĞIN KƏND SAKİNLƏRİNİ İŞIQSIZ QOYDU
18 iyul 2009 | Çap üçün versiya | Dosta yolla |
Lənkəran rayonunun Şağlaser kəndində elektrik paylayıcısında baş verən qısaqapanma nəticəsində 55 ev işıqsız qalıb. Hadisə gün günorta saatlarında baş verib. Elektrik paylayıcı şəbəkə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Yanğın kənd sakinlərinin gözü qarşısında baş verib. Hadisə yerinə Fövqaladə hallar nazirliyinin əməkdaşları gəlib. Yanğın o qədər dəhşətli olub ki, ətrafdakı evlərin də yanmağına səbəb olacaqmış, lakin FHN-nin əməkdaşları yanğının qarşısını almağa müvəffəq olublar.

Lənkəran paylayıcı elektrik şəbəkəsinin mühəndisi Etibar Şabanovun verdiyi məlumata görə, yanğın nəticəsində kənddəki 55 mənzilin elektrik naqilləri yenisi ilə əvəz olunacaq.

Eyyub Məmmədov/AZƏRFOTO, Cənub bölgəsi

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS