Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

HEÇ OLMASA, 1 SAAT OXU!
13 aprel 2009 | Çap üçün versiya | Dosta yolla |
Dünən (12 aprel) Sumqayıt şəhərində "168 saat" qəzeti, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və "Fərdi İnkişaf və Karyera Mərkəzi"nin birgə təşkil etdiyi "168 saat oxumasaq da, 1 saat oxuyaq" adı altında aksiya keçirilib. Bu aksiya qəzet oxumaq və mətbuata maraq yaratmaq məqsədi daşıyıb.
İki hissədən ibarət olan aksiyada ilk olaraq 50 nəfərə yaxın gənc oturaraq qəzet oxuyub, ikinci hissəsi isə yürüş formasında davam etdirilib. "168 saat" qəzetinin baş redaktoru Vüsal Məmmədov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna verdiyi məlumata görə aksiyanı keçirməkdə məqsədləri ictimaiyyətin diqqətini mətbuata cəlb etməkdir: "Mətbuatda müzakirə olunan məsələlər ictimaiyyətdə az yer almaqdadır. Xüsusilə regionlarda mətbuata maraq birtərəfli deyil. "168 saat" qəzeti ictimai marağı daha çox cəlb etmək iqtidarındadır".
Rati-nin məlumatına görə, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkilləri, Sumqayıt şəhər ziyalıları, əsasən isə gənclər iştirak edib.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS