Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

ARAŞDIRMAÇI JURNALİSTLƏR BİR ARAYA GƏLDİ
14 fevral 2009 | Çap üçün versiya | Dosta yolla |
Fevralın 14-də Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsinin (AJAŞ) araşdırmaçı jurnalistlər üçün təlimləri başlayıb. Novxanıda yerləşən Aquapark istirahət kompleksində keçirilən təlim 15 və 22 fevral tarixlərində də davam edəcək.

Təlimlərin məqsədi araşdırmaçı jurnalistləri vətandaş cəmiyyəti və ictimai vəsaitlərin şəffaflığı ilə bağlı məlumatlandırmaqdır.
Təlimlərdə Azadlıq, Bizim yol, Ayna-Zerkalo, Exo qəzetləri, Şəffaflıq jurnalı və başqa KİV vasitələrindən 25-ə dək araşdırmaçı jurnalist və QHT təmsilçiləri iştirak edirlər.

Tədbirdə təlimlərdə “Böhran ilinin büdcə, makroiqtisadi göstəricilər, idarəetmə xərcləri, sosial xərclər, neft fondu və investisiya büdcəsinə təsiri” mövzusunda iqtisadçı İnqilab Əhmədov və “büdcə məlumatları: büdcə təsnifatı və büdcə mərhələləri, büdcəni nece oxumalı” mövzusunda iqtisadçı Zöhrab İsmayılovun məruzələri dinləniləcək.
Sabah davam edəcək müzakirələrdə isə “Büdcə xərclərinin şəffaflığı və monitorinqi: təhsil, səhiyyə və sosial büdcə xərcləri” mövzusunda Rövşən Ağayev, “İnformasiya əldə etmək azadlığı” mövzusunda Rəşid Hacılı, “Neft gəlirləri: Büdcə-Neft Fondu-Neft Şirkəti” və “EİTİ proseslərinin qiymətlindirilməsı” mövzularında isə Azər Mehdiyevin məruzələri dinləniləcək.



AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS