Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“BakuBuild” İnşaat sərgisi başa çatdı
23 oktyabr 2010  |  
“BakuBuild” İnşaat sərgisi oktyabr ayının 20-dən etibarən öz qapılarını “Bakı Ekspo Mərkəzində” bütün iştirakçı və qonaqların üzünə açdı. Bu gün son nümayişi ilə yadda qalan sərgi bir ildən sonra yenidən görüşmək üçün işini başa çatdırdı.

İnşaat, təmir və interyer üçün hər şey “BakuBuild” 2010 sərgisində
23 oktyabr 2010  |  
20-23 oktyabr tarixlərində, Azərbaycanın paytaxtı Bakı şəhərində Xəzər və Qafqaz regionlarında ən iri miqyaslı sərgilərdən biri sayılan “BakuBuild” Beynəlxalq İnşaat Sərgisi yeni və müasir “Bakı Ekspo Mərkəzi” sərgi kompleksində keçirildi. Sərgidə 25 ölkədən 260 şirkət iştirak etdi...

“BakuBuild” 2010: “Xəzər İnşaat Həftəsi”nin açılışı oldu
21 oktyabr 2010  |  
Oktyabr ayının 20-də “Baku Expo Centre” sərgi mərkəzində “BakuBuild -2010” 16-cı Beynəlxalq İnşaat Sərgisinin təntənəli açılışı keçirildi. Tədbirin təşkilatçıları Britaniyanın “ITE Group” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian LLC” şirkətidir.
Davamlılıq, keyfiyyət, zəriflik - bu gün Azərbaycan inşaat sənayesində müasir infrastrukturun yaradılmasına istiqamətlənmiş əsas meyarlar bunlardır.

16-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi işinə başlayır
17 oktyabr 2010
Ənənəvi olaraq oktyabr ayının sonunda keçirilən “Xəzər İnşaat Həftəsi” 2010-cu ildə 20-23 oktyabr tarixlərində, Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək “BakuBuild” Beynəlxalq İnşaat Sərgisini həqiqətən də Xəzər və Qafqaz regionlarında ən iri miqyaslı sərgilərdən biri adlandırmaq olar.

Təhsil naziri Misir Mərdanov Təhsil və Karyera sərgisini ziyarət etdi
7 oktyabr 2010  |  
Təhsil naziri Misir Mərdanov Təhsil və Karyera sərgisinə baş çəkib. Nazir Misir Mərdanovla Türkiyə səfiri Hulusi Kılıç birlikdə, Türkiyə təhsil ocaqlarının stendlərinə baxıb, onlarla yaxından tanış oldular

Bu gün Beynəlxalq Təhsil və Karyera sərgisi işinə başladı
7 oktyabr 2010  |  
Bu gün açılışı keçirilən Beynəlxalq Təhsil və Karyera sərgisindən maraqlı görüntüləri sizə təqdim edirik

Beynəlxalq Təhsil və Karyera sərgisi keçiriləcək
5 oktyabr 2010
Azərbaycanın paytaxtı Bakı şəhərində 2010-cu il oktyabr ayının 7-dən 9-dək Beynəlxalq Təhsil və Karyera sərgisi keçiriləcək.
Sərgi artıq dördüncü dəfədir ki, keçiriləcək və öz meydançasında 90-dan çox təhsil müəssisəsi və təşkilatlarını bir araya gətirəcəkdir. Təhsil istiqamətlərinin coğrafiyası Azərbaycan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, Kanada, Koreya, Litva, BƏƏ, Rusiya, ABŞ, Türkiyə və İsveçrə kimi ölkələri əhatə edir.

Səhiyyə sərgisindən fotoreportaj
22 sentyabr 2010  |  
Bu gün açılışı keçirilən 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisindən ən maraqlı görüntüləri sizə təqdim edirik.

16-cı Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinə start verildi
22 sentyabr 2010  |  
Hər il ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi bu gün öz işinə başladı. Bu il 16-cısı keçirilən sərgi, yüksək standartlara cavab verən Baku Ekspo Mərkəzində keçirilir. Sərgidə Azərbaycan, Rusiya, Türkiyə, Almaniya başda olmaqla 19 ölkədən 105-ə yaxın şirkət iştirak edir.

"5-ci Yubiley Azərbaycan Beynəlxalq Stamatologiya Sərgisi"
20 sentyabr 2010
Stomatologiya sərgisi bütün spektr üzrə məhsul və xidmətləri və eləcə də stomatologiya sahəsindəki ən son nailiyyətləri nümayiş etdirmək, bu sahəni təmsil edən mütəxəssisləri, stomatoloji avadanlıqların və vasitələrin istehsalçılarını və distribütorlarını bir araya gətirmək üçün unikal imkandır.

"4-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi"
20 sentyabr 2010
Azərbaycanda əhalinin rifahı artdıqca gözəllik sənayesinin məhsulları və xidmətlərinə olan tələbat müntəzəm olaraq artır. Azərbaycanın Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2008-ci ildə əhalinin gəlirləri 2007-ci ilə nisbətən 37,8% artaraq 20.1 milyard manat ($25,125 milyard) təşkil etmişdir; əhalinin adambaşına olan göstərici isə 36,2% artaraq 2343.2 manat ($2929) təşkil etmişdir ki, bundan 66,1% istehlakçı xərclərinə sərf edilmişdir.

3-cü Regional “Qərb Azərbaycan İnfrastrukturu”
20 sentyabr 2010
Ənənəvi olaraq sentyabr ayında Azərbaycanda sərgilər mövsümü başlayır. İlk olaraq ziyarətçilər üçün öz qapılarını regional layihə açacaq. Belə ki, 21-23 sentyabr tarixlərində 3-cü Regional “Qərb Azərbaycan İnfrastrukturu” sərgisi keçiriləcək. Bu sərgi Gəncə şəhərində, sözügedən tədbirin daimi məkanına çevrilmiş Olimpiya Kompleksində keçiriləcək.

« 1 2 3 4 5 6 7 8 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS