Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisindən reportaj - 4
17 mart 2011  |  
“AutoShow” sərgisində əsas hadisələrdən biri isə sözsüz ki, premyeralar və təqdimatların keçirilməsidir. Yüngül avtomobillərin arasında artıq “Hyundai Accent” və “Hyundai Elantra” modellərin təqdimatı keçirilib. Sərgidə həmçinin “Nissan Micra”, “Nissan Maxima”, “Nissan X-trail”, “Infiniti M37” yeni modellərin təqdimat mərasimi keçiriləcək. İlk dəfə olaraq sərgidə kommersiya nəqliyyatı sektorunda dünya premyerası yer tutdu. Azərbaycan ilk ölkə oldu ki, sərgidə TezAuto avtobusu təqdim olundu.

Azərfoto əməkdaşı sərgidə maşın şüşəsi sındırmağa cəhd etdi
17 mart 2011  |  
Martın 16-da Bakı Ekspo Mərkəzində keçirilən 7-ci avtomobil sərgisi maraqlı məqamlarla yadda qaldı. Tədbirin maraqlı hissələrindən biri də ACE Life Protector firmasının sərgi stendində nümayiş olunan şüşələr idi. İştrakçı firmanın iştirakçılara bildirdi ki bu şüşələr zərbəyə davamlı və gülləkeçirməzdir. İştirakçıların marağına səbəb olan şüşə növləri hər kəsin gözü önündə sınaqdan keçirilmək ərəfəsində idi.

7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisindən reportaj - 3
17 mart 2011  |  
Avtomobil həvəskarları və bu sahənin peşəkarları Azərbaycan, Belarus, Almaniya, Danimarka, İtaliya, Kanada, Çin, Malayziya, Rusiya, Litva, Tayvan, Türkiyə, İsveçrə və Yaponiya kimi ölkələrin də daxil olduğu, ümumilikdə isə dünyanın 14 ölkəsindən 105 şirkət ilə tanış olmaq fürsətini qazanıblar. “AutoShow” sərgisində üç iri sektor fəaliyyət göstərir: minik nəqliyyatı, kommersiya tipli nəqliyyat və bütün növ nəqliyyat vasitələri üçün ehtiyat hissələri və aksessuarlar.

7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisindən reportaj - 2
17 mart 2011  |  
Sözügedən layihə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası tərəfindən rəsmi şəkildə dəstəklənir. “Azerfon-Vodafone” şirkəti isə sərginin telekommunikasiya tərəfdaşı qismində çıxış edir. Sərgi öz işini 19 mart tarixinədək davam etdirəcək.

7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisindən reportaj - 1
17 mart 2011  |  
Azərbaycanda avtomobil həvəskarlarının çoxdan gözlədikləri bir hadisə - “AutoShow” 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi öz işinə başladı. “AutoShow” sərgisi ilə yanaşı, “AutoParts” 4-cü Azərbaycan Beynəlxalq “Ehtiyat hissələri, Aksessuarlar və Xidmət Avadanlıqları” Sərgisi də keçirilir. Bu sərgilər ilk dəfə olaraq yeni “Bakı Ekspo” sərgi mərkəzində təşkil olunub.

Azercell Azərbaycanda ilk dəfə unikal Naviqasiya xidmətini təqdim edir
16 mart 2011  |  
Bakıda bü gün başlayan AutoShow sərgisində Azercell Telekom MMC Naviqasiya xidmətini təqdim edir. Bu proqramın köməyilə mobil telefon abonent üçün həm də fərdi bələdçiyə çevrilir. Belə ki, xəritədə istənilən yerə getmək, bu yerin ünvanını və xəritədə yerləşməsini asanlıqla tapmaq mümkündür.

7-ci Beynəlxalq Avtomobil Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
15 mart 2011  |  
Bu gün satt 12:00 da Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində VII Azərbaycan Beynəlxalq Avtomobil Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda çıxış edən İteca Caspian LLC-nin direktor müavini cənab Bəhruz Hidayətzadə bildirdi ki 7-ci Azərbaycan Beynəlxalq Avtomobil və 4-cü Azərbaycan Beynəlxalq Ehtiyyat Hissələri, Aksessuarlar və Xidmət Avadanlıqları sərgiləri avtomobil həvəskarlarının çoxdan gözlədiyi hadisədir. Onun sözlərinə görə bu sərgidə iştirakçılar yeni modellərlə tanış olacaq və dilerlərlə birbaşa ünsiyyət qurub qarşılıqlı məsləhətləşmələr aparmaq imkanına sahib olacaqlar.

VII Azərbaycan Beynəlxalq Avtomobil Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı
14 mart 2011
Martın 15-də saat 12.00-da Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində 2011-ci ilin sərgi mövsümünü açıq elan edəcək VII Azərbaycan Beynəlxalq Avtomobil Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçiriləcək.

7-ci Azərbaycan beynəlxalq avtomobil sərgisi
9 mart 2011
Avtomobil həvəskarlarının çoxdan gözlədiyi bir hadisə...
16 mart 2011-ci il tarixində Azərbaycanda avtomobil həvəskarlarının çoxdan gözlədiyi bir hadisə - “AutoShow” 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi öz qapılarını onların üzünə açacaq. Xəzəryanı regionun ən böyük avtomobil sərgisi ilk dəfə olaraq yeni “Bakı Ekspo” sərgi kompleksində keçiriləcək. “Iteca Caspian LLC” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group PLC” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. Artıq 5 ildir ki, sərgiyə Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (“UFI”) tərəfindən verilmiş keyfiyyət nişanı onun beynəlxalq statusunu bir daha təsdiq edir.

16-cı “BakuTel-2010" sərgisindən reportaj
27 noyabr 2010  |  
“BakuTel-2010” sərgisi Azərbaycan, ABŞ, Çin, İsrail, Litva, Malayziya, Türkiyə və digər ölkələr də daxil olmaqla, dünyanın 16 ölkəsindən 115-dən çox şirkəti bir araya gətimişdir. Sərgidə həmçinin ölkəmizin bir çox böyük şirkətləri də öz yeni xidmətlərini və brendlərini təqdim ediblər. Çox böyük ziyarətçi axınının olduğu "Bakutel-2010" sərgisi "Azercell", "Azerfon", "Bakcell" və digər şirkətlərin keçirdiyi əyləncələr, musiqili yarışmalar və müsabiqələrlə yadda qalmışdır.

16-cı “BakuTel-2010" İKT sərgisinin mətbuat konfransı keçirildi
22 noyabr 2010  |  
Mətbaut konfransında sərginin təşkilatçıları İteca Caspian şirkətinin rəhbərliyi, baş sponsor Huawei şirkətinin nümayəndələri, Rabitə və İnformasiya Texnologiyaları Nazir müavini "Bakutel - 2010" sərgisi haqqında mətbuat nümayəndələrinə açıqlamalar verdilər. Həmçinin sərgi ilə bağlı bir çox suallar da cavablandırıldı.

BIHE 2010 səhiyyə sərgisinin videoçarxı
29 oktyabr 2010  
Hər il ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi bu gün öz işinə başladı. Bu il 16-cısı keçirilən sərgi, yüksək standartlara cavab verən Baku Ekspo Mərkəzində keçirilir. Sərgidə Azərbaycan, Rusiya, Türkiyə, Almaniya başda olmaqla 19 ölkədən 105-ə yaxın şirkət iştirak edir.

« 1 2 3 4 5 6 7 8 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS