|
BAKIDA HAVA NECƏDİR?
 |
|
|
|
BİZİMLƏ ƏLAQƏ

|
|
NAİLİYYƏT


|
|
|
|
3 iyun 2010 |
 “Baku Expo Centre” Sərgi Mərkəzi beynəlxalq standartlara uyğun tikilmiş tədbirlər məkanı olaraq, konfrans, iclas, seminar və təqdimatların keçirilməsi üçün 30 000 kvadrat metrdən yuxarı olan ekspozisiya sahəsini iştirakçılara təqdim edir.
|
|
|
3 iyun 2010 |
 17-ci “Xəzər Neft və Qaz” sərgisində dünyanın 26 ölkəsindən 280 şirkətlər iştirak edir. İştirakçılar arasında Böyük Britaniya, BƏƏ, İtaliya və Rusiyanın milli qrupları da var. Bu il ilk dəfə olaraq, sərgidə Birləşmiş Ərəb Əmirliklərinin milli stendi də iştirak edəcək. Sərgi sahəsinin 40 faizdən çox hissəsi dünya miqyasında tanınmış görkəmli şirkətləri təşkil edir.
|
|
|
2 iyun 2010 |
 17-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi davam edir. Sərgi iştirakçıları maraqla sərgidə iştirak edirlər.
|
|
|
1 iyun 2010 |
 Açılışda çıxış edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu sərgi mərkəzinin dünyanın qabaqcıl və müasir sərgi komplekslərindən heç də geri qalmadığını dedi.
|
|
|
31 may 2010
 İyun ayının 1-də, Azərbaycanın paytaxtı Bakı şəhərində 17-ci “Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası” Beynəlxalq Sərgisi açılacaq. Sizi Xəzər regionunun neft sektorunun ən böyük hadisəsinə dəvət edirik. Sərgi ənənəvi olaraq, bütün dünyanın neft sənayesi liderlərini öz meydançasında bir araya gətirir.
|
|
|
28 may 2010 |
 İyun ayının 1-dən 4-nə kimi, Azərbaycanın paytaxtı Bakı şəhərində 9-cu Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2010” Sərgisi yeni “Bakı Ekspo” sərgi və toplantı mərkəzində keçiriləcəkdir.
|
|
|
27 may 2010
 İlk açılışını qeyd edən yeni “Baku Expo Centre” Sərgi Mərkəzində, regionun neft və qaz sahəsinin aparıcı tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi keçiriləcəkdir. Tədbir Azərbaycanın paytaxtında 1-4 iyun 2010-cu il tarixlərində keçiriləcəkdir.
|
|
|
21 may 2010 |
 May ayının 19-dan 21-dək davam edən 16-cı Azərbaycan Beynəlxalq Qida sənayesi “WorldFood 2010” sərgisi başa çatdı. Son üç gündə keçirilən “WorldFood Azerbaijan” sərgisi sənaye mütəxəssisləri üçün peşəkar platforma rolunu oynadı.
|
|
|
21 may 2010 |
 Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərən ''Beta Tea'' yüksək marka göstəricilərinə malik olaraq qısa zaman ərzində çay bazarının 50%-nə sahibdir. Şirkət Beynəlxalq Qida sənayesi “WorldFood 2010” sərgisinə yeni məhsulu olan Benuta şokaladları ilə qatılaraq müştərilərinin zövqünü oxşadı.
|
|
|
20 may 2010 |
 35-ci “Qızıl Mükafat”ın sahibi “Bəhrə” Biskvit Fabriki geniş biskvit və digər un məmulatları ilə sərgiyə qatılıb. Şirkətin direktoru Niftal Hüseynovla söhbətdə bəlli oldu ki, "Bəhrə" yaxın zamanlarda daha geniş çeşidli məmulatlarını müştərilərinin istifadəsinə buraxacaqdır.
|
|
|
20 may 2010 |
 “WorldFood Azerbaijan 2010” sərgisində iştirak edən yerli şirkətlər arasında Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavodu özünə məxsus dadı ilə xalq arasında populyarlıq qazanan «Jalə» şirələri ilə təmsil olunur.
|
|
|
20 may 2010 |
 “WorldFood Azerbaijan” sərgisi sənaye mütəxəssisləri üçün peşəkar platforma rolunu oynayır. “WorldFood 2010"da iştirak edən bütün şirkətlər sərgiyə gələn insanlara istehsal etdikləri məhsullardan dadmaq imkanı yaradıb.
|
|
|
|