Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

CƏLİLABADDA ARXEOLOJİ QAZINTILAR ZAMANI QƏDİM YAŞAYIŞ MƏSKƏNİ AŞKARLANIB
23 iyun 2009
Muğan ekspedisiyasının rəisi Tufan Axundovun rəhbərliyi altında aparılan arxeoloji qazıntılar zamanı burada Cənubi Qafqazda ən qədim yaşayış məskənlərindən biri aşkarlanıb. Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində Milli Elmlər Akademiyasının Arxeoloji və Etnoqrafiya İnstitunun əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, burada 6250 il bundan əvvəl ibtidai insanlar yaşayıb.

LƏNKƏRANDA JURNALİSTLƏRƏ QARŞI GÜC TƏTBİQ EDİLİB VƏ FOTOKAMERA SINDIRILIB
23 iyun 2009
Ötən gün təxminən 12:20 radələrində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun tədqiqatçı-jurnalisti Rasim Əliyev və "Cənub Xəbərləri" qəzetinin müxbiri Pərviz Əzimov Lənkəran Dövlət Universitetində Pərviz Əzimovun qovulması məsələsini araşdırarkən fiziki təzyiqə məruz qalıblar. Belə ki, universitetin mühafizəçisi onları universitetin həyətindən güc tətbiq edərək çıxarmış və onlara qarşı təhqiredici ifadələr işlətmişdir. İnsident zamanı mühafizəçi RATİ-nin tədqiqatçısı Rasim Əliyevi itələmiş və Nikon D90 markalı fotoaparatı əli ilə vuraraq obyektivi sındırmışdır.

TÜRKİYƏNİN ÖLKƏMİZDƏKİ SƏFİRİ GƏNCƏYƏ SƏFƏR EDİB
20 iyun 2009
Bu gün Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səlahiyyətli səfiri Hulusi Kılıc Gəncəyə səfər edib. Səfir ilk öncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizovla görüşüb. 20 dəqiqə davam edən görüşdə bir sıra məsələlər müzakirə olunub. Xüsusi ilə Gəncədə sentyabr ayında açılacaq konsulluq məsələsi daha geniş müzakirə obyekti olub.

GÖYÇAYDA QƏZETLƏRİN YAYIMINA QADAĞA QOYULUB
20 iyun 2009
İyunun 15-dən etibarən Göyçay rayonunda “Bizim Yol”, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına qadağa qoyulub. RATİ-yə məlumat verən Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərovun sözlərinə görə, bu qadağa Göyçay rayon polis şöbəsinin rəisi Vüqar Məmmədyarov tərəfindən tətbiq edilib.

MASALLIDA ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNƏ QAYĞI GÖSTƏRİLİR
20 iyun 2009
Masallı rayonunda cari ilin 5 ayı ərzində 168 nəfər şəkərli diabetə tutulan xəstə qeydiyyata alınıb. Xəstəliyə tutulanların ümumi sayı isə 2200 nəfərdir. Bu barədə xəbəri Masallı rayon Mərkəzi Xəstəxanasının həkim endokrenoloqu Səadət Rəşidovadan aldıq. Onun sözlərinə görə şəkər xəstəliyi bir neçə tiplərə ayrılır

LƏNKƏRANDA ÖLÜMLƏ NƏTİCƏLƏNƏN YOL QƏZA HADİSƏSİ BAŞ VERİB
17 iyun 2009
Hadisə ötən gün gecə saatlarında Lənkəran rayonu Kərgəlan kəndi ərazisində baş verib. Lənkəran rayon Ləj kənd sakini, 1977-ci il təvəllüdlü Emin Yunsur oğlu Quliyevin idarə etdiyi Opel markalı 43-BB-337 dövlət nişanlı avtomaşın yolun kənarındakı dükanlardan birinə toqquşub. Qəza nəticəsində dükan və maşın tamamilə yararsız vəziyyətə düşüb.

GƏNCƏ ŞƏHƏRİNDƏ “AZƏRİQAZ”IN ZONA MÜŞAVİRƏSİ KEÇİRİLDİ
17 iyun 2009
Bu gün Gəncə şəhərində “Azəriqaz” QSC-in zona müşavirəsi keçirildi. Müşavirədə qərb bölgəsinin 17 şəhər və rayonundan Qaz İstismar İdarəsinin əməkdaşları iştirak ediblər. Bu müşavirənin keçirilməsində əsas məqsəd mövcud vəziyyətin təhlili və regionun qazla təminatı məsələsi oldu.

ASTARADA SATIŞ MƏQSƏDİ İLƏ NARKOTİK VASİTƏ DAŞIYAN QADIN SAXLANILIB
17 iyun 2009
Daxil olan məlumat nəticəsində Daxili İşlər Nazirliyinin Narkotiklərlə mübarizə İdarəsi ilə Astara Rayon Polis Şöbəsinin əməkdaşların apardığı araşdırmalardan məlum olub ki, Astara şəhər sakini 1962-ci il təvəllüdlü Abdullayeva Xalidə Yədulla qızı nakotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşquldur. Onun üzərinə baxış zamanı satış məqsədi ilə müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

LƏNKƏRANDA SİLAHLI MÜNAQİŞƏ
16 iyun 2009
İran İslam Respublikasından Azərbaycana narkotik vasitələr gətirən dəstə polisə müqavimət göstərib. Beləki narkotik vasitə keçirən dəstə Lənkəran rayonunun Liman şəhəri ərazisində polislə qarşılaşmalı olub. Daxili İşlər Nazirliyinin baş narkotiklərlə mübarizə idarəsinin cənub regional bölməsinin əməkdaşları Lənkəran rayonunun Liman şəhərində, dəniz kənarında həyata keçirdiyi əməliyat-axtarış tədbirləri zamanı İrandan Azərbaycana qanunsuz yolla külli miqdarda narkotik vasitə keçirən dəstə zərərsizləşdirilib

MASALLIDA TAXIL ZƏMİLƏRİNDƏ YANĞIN HADİSƏSİ BAŞ VERİB
16 iyun 2009
Masallı rayonunda bu il üçüncü dəfədir ki, taxıl zəmilərində yanğın baş verir. Taxıl zəmiləri Çaxırlı kəndindən yanmağa başlayıb. Əvvəlcə biçilmiş zəmidən başlayan yanğın daha sonra Xırmandalı kəndinin biçilməmiş taxıl sahələrinə də keçib. Yanğın hadisəsi zamanı on beş hektar taxıl sahəsi yanaraq külə dönüb, 35 tondan artıq məhsul məhv olub.

15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ LƏNKƏRANDA QEYD OLUNUB
15 iyun 2009
Milli Qurtuluş Günündə Lənkəranda əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Şəhərin mərkəzində milli lider H.Əliyevin adını daşıyan istirahət parkına toplaşanlar, xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildiriblər. Lənkəran şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və rayon ağsaqqaları milli liderin abidəsi önünə gül dəstələri qoyublar.

LƏNKƏRAN TEATRINDA DAHA BİR TAMAŞANIN PREMYERASI KEÇİRİLDİ
15 iyun 2009
Bu dəfə Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” tamaşası izləyicilərin marağı ilə qarşılandı. Quruluşçu rejissor Adil Zeynalovun səhnələşdirdiyi tamaşanın baş rollarını aktyorlardan Eynəli Nurullayev, Qızılgül Quliyeva, Sücəddin Mirzəyev və başqaları ifa edirdilər.

« 1 2 3






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS