Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

LƏNKƏRANDA POLİSƏ SİLAHLI MÜQAVİMƏT GÖSTƏRİLDİ
14 iyul 2009
Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Səpnəkəran kəndində, Elvin Mürşüdova məxsus həyətyanı sahədə 553 ədəd çətənə kolu aşkarlanıb. Ümumi çəkisi 451 kq olan narkotik xassəli bitkini, kənd sakini həyətindəki meyvə ağaclarının arasında, gölməçənin yanında gizli şəkildə becərirmiş.

ŞƏKİ VƏ QAXDA İNFORMASİYA TEXNOLOGİYALARI MÖVZUSUNDA TƏLİMLƏR KEÇİRİLMİŞDİR
14 iyul 2009
“İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər Şəkidə və Qaxda reallaşmışdır. Şəki şəhəri İcra Hakimiyyətinin akt zalında baş tutmuş mərasimdə Şəki şəhəri İcra başçısının müavini Zərinə Cavadova, Şəki şəhəri Bələdiyyəsinin sədr müavini Aydın Xəlilov, Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Bahyəddin Qüvvətov iştirak etmişlər.

CƏNUB BÖLGƏSİNDƏ VƏRƏM XƏSTƏLƏRİNƏ TİBBİ QAYĞI GÖSTƏRİLİR
13 iyul 2009
Lənkəran şəhər ağciyər xəstəlikləri dispanseri, cənub bölgəsi rayonlarının əhalisinə tibbi xidmət göstərir. Ötən il dispanserə müraciət edən 250 nəfər şəxs, labaratoriya müayinəsindən keçib.Təkcə Lənkəran üzrə 186 nəfərdə vərəm xəstəliyi aşkarlanaraq qeydiyyata götürülüb.

QAFQAZDA ƏN BÖYÜK ENEOLİT – MƏDƏNİYYƏT ABİDƏSİ CƏLİLABADDA AŞKARLANDI
11 iyul 2009
Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində aparılan növbəti arxeoloji qazıntılar zamanı daha bir tarixi abidə aşkarlandı. Eneolit dövrünə aid edilən Alxantəpə yaşayış məskəni eramızdan əvvəl beşinci minilliyin mis-daş dövrünə təsadüf edir. Muğan ekspedisiyasının rəisi Tufan Axundovun rəhbərliyi altında aparılan arxeoloji qazıntılar zamanı burada cənubi qafqazda ən qədim yaşayış məskənlərindən biri də aşkarlanıb.

İRƏVAN DÖVLƏT DRAM TEATRI LƏNKƏRANDA
9 iyul 2009
Cəfər Cabbarlı adına İrəvan dövlət dram teatrı Lənkəranda milli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi ilə əlaqədar olaraq, dramaturq Aqşin Babayevin “Xilaskar” sənədli-publisistik pyesi ilə çıxış edib. Lənkəran şəhər icra hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış tamaşa, rayonun çoxsaylı sənətsevərləri tərəfindən alqışlarla qarşılanıb. Tamaşa, Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətə qayıdışı, ölkəmizi vətəndaş müharibəsindən qurtarmaq üçün atdığı müdrik addımlardan, qarşılaşdığı çətinliklərdən bəhs edib.

QİÇS XƏSTƏLİYİNDƏN CƏNUB BÖLGƏSİNİN ƏHALİSİ DƏ ƏZİYYƏT ÇƏKİR
8 iyul 2009
Azərbaycanın cənub bölgəsi üzrə hazırda 308 nəfər QİÇS xəstəsi var ki , bunlardan da 57 nəfəri Masallı, 54 nəfəri Astara, 19 nəfəri Cəlilabad, 3 nəfəri müvafiq olaraq Lerik və Yardımlı, digərləri isə Lənkəran rayonunun payına düşür. İnsanların bu xəstəliyə hansı yollarla yoluxduğunu araşdırarkən Lənkəran rayon GEM- nin HİV-QİÇS diaqnostikası labaratoriyasının müdiri Rəmiəli İbişov bu xəstəliyi insan orqanizmində immun çatışmamazlığının olması ilə əlaqələndirdi.

LƏNKƏRANDA POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD EDİLİB
3 iyul 2009
Ötən gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları növbəti dəfə öz peşə bayramlarını qeyd ediblər. Ölkəmizin cənubunda ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə xüsusi xidmətləri olan Lənkəran polisi də bu bayram günündə diqqətdən kənarda qalmayıb. Lənkəran rayon polis şöbəsinin əməkdaşları da öz peşə bayramlarını təntənə ilə qeyd ediblər.

MASALLIDA TƏRƏVƏZ MƏHSULLARININ YIĞIMINA BAŞLANILIB
30 iyun 2009
Masallıda 2009-cu il iyun ayının 1-nə qədər 5679 hektar sahədə yazlıq məhsullar əkilib ki, bunun da 2793 hektarını tərəvəz bitkiləri, 1626 hektarını kartof, 654 hektarını paxlalılar, 624 hektarını isə bostan bitkiləri təşkil edir. Bu baradə məlumatı Masallı rayon statistika idarəsinin rəisi Əlizahir Əliyevdən aldıq.

CƏLİLABADDA TAXIL YIĞIMINA BAŞLANILIB
25 iyun 2009
Cəlilabadda taxıl biçiminə start verilib. Bu barədə xəbəri Cəlilabad Aqroservis filialının müdiri Əlövsət Qarayevdən aldıq. Artıq 18 minə yaxın ərazidən taxıl toplanılıb. Biçin işlərini vaxtında və itkisiz başa çatdırmaq üçün zəruri olan bütün tədbirlər həyata keçirilib. Biçinə 300 - ə yaxın kombayn və digər texnikalar cəlb olunub.

BELARUSİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ GƏNCƏLİ VETERANLARLA GÖRÜŞÜB
23 iyun 2009
Bu gün Belarussiyanın ölkəmizdəki səlahiyyətli səfiri Nikolay Paskeviç gəncəli veteranlarla görüşüb, Belarussiyanın Alman faşistlərinə qələbəsinin növbəti il dönümü münasıbəti ilə müharibə iştirakçılarını təbrik edib. O, ağır günlərdə Belarussiya xalqına köməkliyinə görə bütün veteranlara minnətdarlığını bildirib.

LƏNKƏRANDA DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD EDİLİB
23 iyun 2009
23 iyun ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günüdür. Bu münasibətlə Lənkəranlılar bu gün milli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül-çiçək dəstələri qoyublar. Tədbir Lənkəran şəhər icra hakimiyyətində davam etdirilib. Tədbiri giriş sözü ilə şəhər icra hakimiyyətinin birinci müavini İlqar Dadaşov açaraq bildirib ki, bölgədə dövlət qulluqçularının iş sisteminin formalaşması və onlara göstərilən qayğı sırf milli lider H.Əliyevin adı ilə bağlıdır.

GƏNCƏDƏ TEATR FESTİVALINA START VERİLDİ
23 iyun 2009
Bu gündən etibarən Gəncə şəhərində “Yeni Teatr” adlı teatr festivalının keçirilməsinə start verildi. Festivalda respublikanın 14 teatr kollektivi, o cümlədən Akademik Milli Dram, Gənc Tamaşaçılar, Musiqili Komediya, Bakı Bələdiyyə, Kukla, “Yuğ” və Pantomim teatrları iştirak edirlər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festival iyun ayının 28-nə kimi davam edəcək.

« 1 2 3 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS