|
BAKIDA HAVA NECƏDİR?
 |
|
|
|
BİZİMLƏ ƏLAQƏ

|
|
NAİLİYYƏT


|
|
|
|
2 oktyabr 2009
 Zaqatala rayonunda yerli şirkətlərdən birində yanğın baş verib. Fövqaladə Hallar Nazirliyinin rəsmi internet saytında verilən məlumatda bildirilir ki, ümumi sahəsi 22 kv.m. olan xidməti otağın çardağının yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb. Yanğın saat 14:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
|
|
|
23 sentyabr 2009
 Laçın uzun ömürlülər diyardır. Bu torpaqda 100-dən yuxarı yaşı olan insanlar çoxdur. Dağlar qoynunda yerləşən məkan saf iqlimi və zəngin təbiəti ilə burada yaşayan insanları fiziki cəhətdən sağlam və uzun ömürlü yaşamasına imkan verirdi.
|
|
|
9 sentyabr 2009
 2002-ci ilin əvvəlində Bakıda Zaqafqaziyada yeganə olan 80 uşaq və yeniyetməni özündə birləşdirən “Daun Sindromlu Şəxslərin Assosiasiyası” yaradılmışdır. Assosiasiyanın əsas məqsədi Daun sindromlu şəxslərin və həmçinin onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasından ibarətdir.
|
|
|
25 avgust 2009
 Gəncə şəhərində gəncləri sağlam həyat tərzinə cəlb etmək məqsədi ilə avqust ayının 25-də “Spartak” stadionunda marafon qaçış keçirildi. Gələcəyə Körpü gənclər ictimai Birliyinin müxtəlif təşəbbüsü və “Right to play” təşkilatının dəstəyi ilə həyata keçirilən bu yarışda 9-16 yaş arası 40 nəfər gəncdən ibarət 2 komanda iştirak etdi.
|
|
|
20 avgust 2009
 Naxçıvan Beynəlxalq Hava Limanında və Naxçıvan şəhərinin mərkəzində yerləşən Aviakassada bilet alan sərnişinlər kassirlər tərəfindən aldadılır. Naxçıvan - Bakı istiqamətində sərnişin biletlərinin qiymətinin 40 AZN olduğu halda sərnişinlərdən 45 AZN tələb olunur. Tələb olunan məbləği ödəməyənlərə isə bilet satılmır. Məlumatı RATİ-nin Naxçıvandakı bölgə müxbirlərinə bir qrup sərnişin bildirib.
|
|
|
25 iyul 2009
 Cəlilabadda taxıl sahələrində baş verən naməlum yanğınlar kənd camaatını yaman dilxor edib. Vəziyyət o yerə çatıb ki, bu illik ruzilərini itirmək təhlükəsilə üz- üzə qalan kəndçi, əlini rayonun müvafiq təşkilatçılarına uzadaraq kömək gözləyir. Suluçeşmə kəndinin ərazilərindən başqa Cəlilabad rayonu üzrə Quluməmmədli , Əliabad, Tavlar, Moranlı, Qarakazımlı, Sabirabad kəndlərində mütəmadi olaraq taxıl sahələrində yanğın halları baş verib.
|
|
|
25 iyul 2009
 İqtisadi inkişaf nazirliyinin sahibkarlara kömək milli fondu bu gün, Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “ regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini keçirib. Tədbirdə bölgədən olan 166 sahibkara 800 min manata yaxın güzəştli kredit verilib.
|
|
|
23 iyul 2009 |
 "Qərb Jurnalistlər Birliyi" və "Gənc Vətənpərvərlər Birliyi" Gəncədə 22 iyul Mətbuat günü münasibətilə bir neçə qocaman və gənc jurnalistləri diplomla təltif etdilər. Tədbirdə çıxış edən Elçin Axundov ulu öndərimizin mətbuata göstərdiyi qayğı və diqqətdən danışdı. Şəhid jurnalistlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
|
|
|
22 iyul 2009
 Masallı rayonunun Ərkivan qəsəbəsində, toy mərasimində iki qohum ciddi münaqişə zəmnində bir-birinə hücum ediblər. Qalmaqal nəticəsində 21 yaşlı Yaqubov Elnur Gülağa oğlu həmyaşıdına və həmyerlisinə, Şiriyev Malik Fərman oğluna arxadan 2 bıçaq zərbəsi endirib. Zərərçəkən yaxınları tərəfindən ağır vəziyyətdə, Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
|
|
|
22 iyul 2009
 Gəncə şəhərində fəaliyyət göstərən Gənclərin Məşğulluq Resurs Mərkəzi artıq 7 aydır ki, öz məqsədilə gənclərin işsizlik problemlərinin həllinə dair fəaliyyətini davam etdirir. Son iki ayda əməkdaş şirkətlər siyahısına 2 yeni şirkət artırılıb. Belə ki, bu müddətdə Mərkəz “My Way” oteli və “AzerMed” dərman firması ilə müqavilə bağlamış və həmin şirkətlərin vakant yerlərinə müraciət üçün gəncləri yönləndirmişdir.
|
|
|
18 iyul 2009
 Lənkəranın Təngivan kəndində çoxsaylı insan zəhərlənməsi baş verib. Hadisə Təngivan kənd sakini Tofiq Məmmədovun qızı üçün təşkil etdiyi toyda baş verib. Toy mərasimində olan sakinlərin dediyinə görə, məclisdə iştirak edənlərin təxminən 100-ə yaxını zəhərlənib. Toy gecəsi sakinlər sağlamlıqlarında heç bir problem hiss etməyiblər, lakin toy gününün səhəri də səhhətlərində ağırlaşma hiss edən sakinlər həkimə müraciət etməyiblər. Daha sonra kəskin ürəkbulanma və qusma halları ara verməyib.
|
|
|
18 iyul 2009
 Lənkəran rayonunun Şağlaser kəndində elektrik paylayıcısında baş verən qısaqapanma nəticəsində 55 ev işıqsız qalıb. Hadisə gün günorta saatlarında baş verib. Elektrik paylayıcı şəbəkə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Yanğın kənd sakinlərinin gözü qarşısında baş verib. Hadisə yerinə Fövqaladə hallar nazirliyinin əməkdaşları gəlib. Yanğın o qədər dəhşətli olub ki, ətrafdakı evlərin də yanmağına səbəb olacaqmış.
|
|
|
|