Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“MediaMən” layihəsinə start verildi
4 may 2014  |  
Azərbaycan Jurnalistlər Şəbəkəsi və Gənclər üçün Təhsil Mərkəzinin “MediaMən” Jurnalistika Məktəbi layihəsində təlimlərə start verilib. Təlimin birinci günündə Azərfoto İnformasiya Agentliyinin rəhbəri Ceyhun Abdulla fotojurnalistika ilə bağlı bilik və təcrübəsini iştirakçılarla bölüşüb.

PREZİDENTİN FACEBOOK SƏHİFƏSİNDƏ FOTOLARININ GÖRÜNMƏSİNİ İSTƏYİRSƏNSƏ FOTOMÜSABİQƏYƏ QOŞUL
11 may 2013
“Azərbaycanımın inkişafı – 10 il” mövzusunda fotoşəkil müsabiqəsinə start verilir. Müsabiqəyə təqdim olunmuş şəkillər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəsmi facebook səhifəsində təqdim olunacaq və onlar arasında ən çox bəyənilən şəklin müəllifləri xüsusi hədiyyələrlə təltif olunacaqlar.

BAKIDA PİNHOL FOTOSƏRGİSİ TƏŞKİL OLUNDU
7 may 2013  |  
Xatırladaq ki, Ümumdünya Pinhol Fotoqrafiyası Günü bu il Azərbaycanda “İRƏLİ” Təlim və Karyera Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə qeyd olunub. “İRƏLİ” Gənclik Mərkəzində 40 gəncə Ümumdünya Pinhol Fotoqrafiyası Günü haqda məlumat verilib, daha sonra 2 saat ərzində gənclər tərəfindən pinhol kamera düzəldilib.

MÜHARİBƏ FOTOQRAFLARINI TANIYAQ: QORAN TOMAŞEVİÇ. SURİYADA 18 GÜN
21 dekabr 2012  |  
Fotoreportyorluq. Kənardan bir çoxlaraına asan görünsə də bu sənətin də həyatı təhlükələr təşkil edən anları az deyil. Hər halda oxucularımız hazırki dünyamızın durumuna baxsalar qaynar nöqtələrdə həyatı təhlükələri baxımından bizləri gerçək görüntülərlə təmin edən fotoreportyorların durumlrından xəbərdar olarlar.

2012-də DÜNYA FOTOREPORTYORLARI ƏN ÇOX HANSI FOTOAVADANLIQDAN İSTİFADƏ ETDİLƏR?
20 dekabr 2012  |  
Hər il olduğu kimi ənənəsini unutmayan dünyanın ən məşhur informasiya agentliyi olan REUTERS bu il də 2012-ci ildə çəkilmiş ilin ən təsirli 95 fotosunu seçərək oxucularına təqdim etdi.

AZƏRBAYCANLI FOTOQRAFLAR NİYƏ MÜSABİQƏLƏRDƏ İŞTİRAK ETMİR?
16 sentyabr 2012  |  
Nurdoğan Şengüler: “Mən Azərbaycanı çox sevirəm. Lakin təəssüflə qeyd edirəm ki, müsabiqənin keçirilməsi ilə bağlı internet saytlarımızda, sosial şəbəkələrimizdə reklamların yetərincə getməsinə baxmayaraq bu 4 il ərzində bircə Azərbaycan fotoqrafı da iştirakçımız olmayıb. Çox istərdik ki, azərbaycanlı sənətkarların gözü ilə də İstanbulu seyr edək.”

“KÜÇƏ FOTOQRAFLARI”, ONLAR KİMDİR?
8 sentyabr 2011  |  
Rəngli foto çəkdikdə insanların geyimlərini amma ağ-qara çəkdikdə isə onların ruhlarınn fotosunu çəkmiş olursunuz.
İlk öncə deməliyəm ki, orijinalda “street photography” adlanan bu sənət Azərbaycan dilində o qədər də gözəl səslənmir. Misal üçün bu sənətlə məşqul olan şəxs “street photographer” adlanır və bu bizim dilə “küçə fotoqrafı” kimi tərcümə olunur. Bəzən “mən küçə fotoqrafıyam” dedikdə səhv başa düşülmə ehtimalınız daha yüksəkdir.

ŞƏKİLİN ÜSTÜ
22 yanvar 2011
Ceyhun Abdulla deyir ki, Azərbaycanda fotomüxbirlik zəif inkişaf edib: “Ciddi məktəb yoxdur. Sovet foto məktəbi daha güclü idi, son illərdə görülən işlər həmin məktəbdən qalan gücün hesabınadır. On beş ildən çoxdur bu işlə məşğulam, açığı, fotojurnalistikanın durumu məni heç qane etmir. Azərbaycanda fotoinformasiyaya qiymət verilmir. Axı fotojurnalistikanın öz çətin tərəfləri var. Bu sahədə texniki imkanlar önəmlidir, avadanlıqlar isə çox bahadır. Bu fonda yazan müxbirlə müqayisədə fotomüxbir qat-qat az qazanır.

Bakı Muzey Mərkəzində “Şəhərimizin təmizliyi hər birimizdən asılıdır” fotosərgisi təşkil edilmişdir
5 dekabr 2010  |  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Bununla əlaqədar bir sıra dövlət qurumları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. “Təmiz Şəhər” ASC bərk məişət tullantılarının idarəedilməsi sistemini qurmaqla yanaşı, əhalinin maarifləndirilməsi və ətraf mühitin qorumasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə müxtəlif təbliğat – təşviqat tədbirləri həyata keçirir.

FOTO VƏ SƏNƏT DÜŞƏRGƏSİ YEKUNLAŞDI
29 avgust 2009
26-29 Avqust 2009-cu il tarixində “İRƏLİ” İctimai Birliyi və “iStudio” bədii foto məktəbinin təşkilatçılığı ilə Gənclərin 1-ci Foto və Sənət düşərgəsi yekunlaşdı. Tədbirin ilk günü gənclərə “Foto sənətinin tarixi” mövzusunda mühazirə keçirilmiş, eyni zamanda peşəkar fotoqrafın riayət etməli olduğu texniki biliklər aşılanmışdır. Daha sonra gənclər qruplara bölünərək interaktiv təlimlərdə iştirak etmişdir.

FOTO VƏ SƏNƏT DÜŞƏRGƏSİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ
27 avgust 2009
“İRƏLİ” İctimai Birliyi və “iStudio” bədii foto məktəbinin təşkilatçılığı ilə Gənclərin 1-ci Foto və Sənət düşərgəsinin açılışı baş tutdu.

Düşərgənin açılış mərasimində “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı çıxış etmişdir.

FOTO VƏ SƏNƏT DÜŞƏRGƏSİ KEÇİRİLƏCƏK
24 avgust 2009
Azərbaycanda ilk dəfə “İRƏLİ” İctimai Birliyi və “iStudio” bədii foto məktəbinin təşkilatçılığı ilə Azərbaycanda 1-ci Foto və Sənət düşərgəsi keçiriləcəkdir. Düşərgədə qeyd olunan istiqamətdə xüsusi istedada malik olan 40 fəal gənc iştirak edəcəkdir.

1 2 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS