Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

POÇTALYON İŞLƏMƏK İSTƏMƏZSƏ...
23 iyul 2009
Avstraliyada iş vaxtı bitdikdən sonra əlində qalan məktubları göndərməyərək evinə aparan poçtalyon həbs edildi. Əyalət polisindən verilən məlumatda bildirilir ki, Sidneyin Roseville qəsəbəsindən olan sakinlərin məktubları almadıqları şikayətlərinə əsasən araşdırma aparılmış və poçtalyonun evində 5 mindən artıq məktub ələ keçirilmişdir.

TÜRKİYƏ RUSİYADAN HƏRBİ VERTOLYOTLAR ALMAĞI PLANLAYIR
17 iyun 2009
Türkiyə, PKK ilə mübarizədə istifadə edilmək üçün Rusiyadan hərbi vertolyot almağa hazırlaşır. Türk əsgər heyyəti, rus istehsalı olan Mi-28 vertolyotunu görmək və təmsilçilərlə satış şərtlərini müzakirə etmək üçün hazırda Rusiyada görüşmələr aparırlar. Verilən məlumata görə, Türkiyənin ən az 12 hərbi vertolyota ehtiyacı var.

TELMAN İSMAYILOVUN 2 MİLYARD DOLLARLIQ MALI MÜSADİRƏ EDİLİB
10 iyun 2009
Antalyada 1.4 milyard dollar sərmayə ilə açdığı Avropanın ən bahalı otelinin sahibi Azərbaycanlı biznesmen Telman İsmayılovun Moskvada sahib olduğu Çerkizovski bazarında dəyəri 2 milyard dollar olan 6 min konteynerdəki qaçaqmal müsadirə edilib.

FBİ MƏSCİDLƏRİ DİNLƏYƏCƏKMİ?
9 iyun 2009
Amerika Federal Təhqiqat Bürosunun (FBİ) məscidlərə “müxbir” yerləşdirməsi və məscidlərin “dinlənməsi” etirazlara səbəb oldu. Miçiqan İslam Quruluşları Cəmiyyəti Ədliyyə Nazirliyinə müraciət edərək FBİ-ın dini liderlər və cəmiyyət üzvlərini izləmək məqsədilə məscidlərə müxbir yerləşdirmək istədiyini, bunun terroristlər əvəzinə ibadətə gələnlər və din adamların izlənməsi ilə nəticələndiyini bildirdi.

AMERİKA ORDUSUNUN YENİ SİLAHI
9 iyun 2009  |  
Bir divar, bir sütun, damın altı kimi maneələrin arxasında gizlənən hədəfləri görərək “ağıllı güllə”ləri sayəsində onu vuran bu silah bir il öncə Amerika Konqresində tanıdılmışdır. XM-25 olaraq adlandırılan bu silahın 2013-cü ildən başlayaraq orduda istifadə edilməsi gözlənilir.

BƏYAZ GECƏLƏR BAŞLAYIR
3 iyun 2009
Rusiyanın “Bəyaz gecələr”i ilə məşhur olan Sankt-Peterburq şəhəri yenidən möhtəşəm bir təbiət gözəlliyinə hazırlaşır. İyun ayının ortasında başlayan və iyulun ilk həftələrinə qədər davam edən zaman ərzində günəş sutka boyunca yalnız bir neçə saat batır, səhər saat 2-də isə yenidən doğur.

QƏLBLƏRİN ÇEMPİONU MƏSCİDİ
29 may 2009
Türkiyənin Sivas şəhərində inşaatı davam edən məscidə Türkiyə Super liqasında çempion olmaq üçün mübarizə aparan Sivasspor komandasının məşqçisi Bülent Uygun ilə idmançıların adına istinadən “Qəlblərin Çempionu” adı verilməsi gözlənilir.

2007-ci ildə təməli qoyulan, xeyirxah iş adamları və vətəndaşların dəstəyi ilə müəyyən bir mərhələyə qədər davam edən inşaat bugünədək bitirilmədiyi üçün futbolçular bu il alacaqları qalibiyyət mükafatlarını məscidə bağışlayıblar.

İLAN ONU SANCDI, O İSƏ İLANI İKİ YERƏ BÖLDÜ
29 may 2009
Ukraynada səhra ərazidə işləyən usta, əlini sancan ilanı əlləriylə parçalayıb iki yerə bölüb. Unian agentliyinin verdiyi xəbərdə bildirilir ki, Çerkasski vilayətində yerləşən ərazidə baş verən hadisədə nahar edərkən iki əlini də sancan ustanın ilanı tutub iki yerə ayırdığı bildirilir. Zəhər ona təsir etmədən öncə dostlarının yanına qaçaraq hadisəni onlara danışan 43 yaşlı kişi bir neçə dəqiqə sonra zəhərin təsiri ilə huşunu itirib.

6 TÜRK ƏSGƏRİ ŞƏHİD OLDU
28 may 2009
Türkiyənin Hakkari şəhərinə bağlı olan Hantepe səmtində hərbi əməliyyata gedən əsgərlərin keçid vaxtı yola qoyulan minanın patlaması nəticəsində 6 əsgər şəhid oldu, 1-i ağır olmaqla 8 nəfər isə yaralandı.

Hadisə ötən axşam Türkiyə vaxtı ilə saat 23.30-da baş verib. Həmin ərazidə hazırda Türk Hava Qüvvələrinin tətbiqatı davam edir.

RUSİYADA 150 MİN UNİVERSİTET MƏZUNU İŞSİZ QALA BİLƏR
22 may 2009
Rusiya prezidenti Dmitri Medvedev təxmin edir ki, 100-150 min universitet məzunu işsiz qala bilər. “Bu böyük rəqəmdir və biz əlimizdən gələni etməliyik ki, bu problemi həll edək” – deyə o bildirib. Onun sözlərinə görə, könüllü və ya məcburi yollarla olsa belə biznes sahələrinə yeni əməkdaşların cəlb edilməsinə təkan verilməlidir.

UZUN ÖMÜRLÜ QADINLAR ÖLKƏSİ
22 may 2009
Aparılan tədqiqatlar nəticəsində dünya üzrə qadınların ən uzun ömür sürdüyü ölkə Yaponiya, kişilərdə isə San-Marinoluların olduğu ortaya çıxdı. Dünya Səhiyyə Təşkilarının statistikaslna görə Yapon qadınlarının ortalama ömrü 86 il təşkil edir. Kişilər arasında bu məqamda liderlik isə 81 il ilə San Marinolulardadır.

Mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşən təşkilatdan bildirilib ki, 2007 və sonrakı illərdə toplanılan statistikaya görə Əfqan qadınlarının ömür vaxtı ən az olub 42 il təşkil edir.

İNDONEZİYADA TƏYYARƏ QƏZASI: 79 NƏFƏR HƏLAK OLDU
20 may 2009
Bu gün səhər İndoneziyanın Java adasına düşən təyyarə qəzasında 79 nəfər həlak oldu. Indoneziya Hava Qüvvələri nümayəndəsi Bambang Soelistyo, hərbi C-130 Herkul təyyarəsinin yerli vaxtla 06.30-da günlük təlim uçuşu zamanı Java əyalətində yerləşən hava qüvvələri bazasına enməyə çalışarkən 4 km uzaqlıqda olan Geplak kəndində evlərin üstünə düşərək qəza keçirdiyini bildirdi.

« 1 2 3 4 5 6 7 8 9 10 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS