Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Azərbaycan nümayəndə heyəti Əfqanıstana rəsmi səfər edəcək
15 may 2010
Azərbaycanın Əfqanıstana qeyri-hərbi yardımı ilə bağlı mövcud vəziyyətin dəyərləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədi ilə Azərbaycan nümayəndə heyətinin cari ilin 16-18 may tarixlərində Əfqanıstana səfəri nəzərdə tutulur.

“Qlobal Minillik Prizi” beynəlxalq müsabiqəsində ölkəmiz təmsil olundu
14 may 2010
15 Qlobal Çağırışları üzrə Mexiko şəhərində hər il təşkil edilən “Qlobal Minillik Prizi” beynəlxalq müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Beynəlxalq müsabiqənin mükafatlandırma mərasimində iştirak etmək üçün Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Polşanın növbəti geniş rəsmi heyəti Rusiyaya gəlir
11 may 2010
Bir gün öncə Polşanın 70 nəfərə yaxın dövlət nümayəndə heyəti Smolensk ətrafında prezident Lex Kaçinskiin olduğu təyyarənin qəzasının baş verdiyi əraziyə baş çəkiblər. Heyətə Prezidentin səlahiyyətlərini icra edən Bronislav Komorovski rəhbərlik edir.

Rusiya prezidenti Türkiyəyə səfər edir
11 may 2010
Bu gün Rusiya prezidenti Dmitri Medvedyevin Türkiyəyə səfəri başlayır. Rusiya prezidenti səfərə öz xanımı Svetlana Medvedyeva ilə birgə çıxacaq. Səfərdə iki prezident arasında Cənubi Qafqazdakı münaqişələr, Dağlıq Qarabağ münaqişəsi və iki ölkə arasında gələcək planların müzakirə olunacağı gözlənilir.

Vaşinqtonda Heydər Əliyevə həsr olunmuş foto-sərgi açılıb
8 may 2010
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Azərbaycanın ABŞ-dakı Səfirliyi Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasında foto-sərgi təşkil etmişdir.

Dağıstanda baş vermiş partlayışda azərbaycanlı yaralandı
8 may 2010
Ötən gün axşam saatlarında Dağıstanın Dərbənd şəhərinin dəmiryolu vağzalında partlayış baş verib. Partlayış zamanı altı nəfər yaralanıb və onlardan biri azərbaycanlıdır.

ABŞ-ın Tayms meydanında bomba ilə dolu avtomobil aşkar edildi
5 may 2010  |  
ABŞ-ın Tayms meydanında bomba ilə dolu avtomobil aşkar edildi. Nyu York əhalisi yenidən 11 sentyabr hadisələrinin yaşanacağından təşvişə düşdü. Qısa bir müddətdə ABŞ rəhbərliyi hadisəyə cavab verdi. Barak Obama “heç bir terror hadisə və təşəbbüsünün ABŞ-a geri addım atdıra bilməyəcəyini” dilə gətirdi.

Qollar yox, ayaqlar yox, problemlər yox !
5 may 2010  |    
Avstraliyalı Nik Vijucic 26 yaşında həyat təlimatçısıdır. Dünyanın dörd bir yanını dolaşaraq həyat fəlsəfəsindən konfranslar keçirir və insanlara həyatın gözəliyini anladır. Nik Vijucicin nə əlləri var nə də ayaqları. Onun sadəcə sağ ayağında 2 barmağı və düşünən başı var. Amma Nick çox xoşbəxtdir. Dünyanın hər bir yerində onu sevəcək ona inanacaq insanlar tapmaq mümkündür.

Dünyanın ən maraqlı qəza görüntüləri
5 may 2010  |  
Günümüzdə çox tez-tez qəzalara rast gəlirik. Hadisəyə kənardan baxdıqda kədər hisləri keçirərək “Allah uzaq etsin” deyirik. Amma bəzən elə qəzalar olur ki, təəccüb hissimizi saxlaya bilmirik və soruşuruq. Bu necə oldu ? Dünyanın ən maraqlı və təəccüblü qəzalarının görüntüləri.

Qara buludlar avropaya qayıdır
5 may 2010
Bir müddət öncə İslandiyanı daha sonralar isə Avropanın digər ölkələrini öz çənginə almış qara, tozlu buludlar yenidən qayıdır. Artıq bir neçə ölkənin hava limanı bağlanmaq təhlükəsi ilə üz-üzədir.
Qeyd edək ki, İsandiyada mart ayının ortalarında başlayan vulkan püskürməsi nəticəsində havada tozlu duman əmələ gəlmişdi. Hava gəmilərinin idarə olunmasında məhdudiyyətlər yarandığından bir çox avropa ölkələri uçuşları təxirə salmaq məcburiyyətində qalmışdı.

Əfqanıstanda Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinə hücum oldu
3 may 2010
Əfqanıstanda Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinə hücum nəticəsində 9 nəfər həlak olub, 14 nəfər isə yaralanmışdır. Hücumu öz üzərinə götürən Taliban nümayəndəsi Zebihullah Mücahid, hücumun bomba dolmuş bir maşın ilə gerçəkləşdiyini bildirmişdir.

Danimarkalı gənclər delfinlərin qanını su yerinə axıtdı
3 may 2010  |  
Danimarkanın Faroe adalarında hər il danimarkalı gənclər tərəfindən çoxlu sayda delfinlər işgəncə görərək öldürülürlər. Bilindiyi kimi insanı ən çox sevən və insana ən yaxın heyvanlardan biridə delfinlərdir.

« 1 2 3 4 5 6 7 8 9 10 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS