Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

İSTANBULDA 6 MƏSCİD YANDIRILDI
19 may 2009
Tuzla səmtinin Atatürk küçəsində yerləşən Yıldız Məscidin imam otağında naməlum səbəblərdən yanğın baş verib. Hadisə yerinə gələn yanğın söndürmə dəstələri alovların qarşısını alsa da məscidə böyük zərər vurulduğu görülüb. Adını bildirmək istəməyən imam, yanğın baş verdiyi anda məscidin arxa tərəfində yerləşən evində patlama səsləri eşitdiyini, içəri girdiyi vaxt isə hər tərəfdən duman çıxdığını bildirib.

RUQİYYƏ TƏNHA QALDI
15 may 2009
Əfqanıstanda bu həftə ərzində qızların oxuduqları və çoxluq təşkil etdikləri məktəblərə edilən zəhərli qaz basqınları yüzlərlə məktəbli qızın xəstəxanaya düşməsi ilə nəticələndi. Səbəbi bilinməyən bu basqınlar nəticəsində 100-dən çox qız xəstəxanaya aparıldı, daha öncə 64, ilk basqında isə 90-a yaxın qız zəhərlənmişdi. Və nəticə: məktəb sinifləri hazırda bom-boşdur.

35 İLDİR ÇİMMƏYƏN İNSAN
13 may 2009
Hindistanın müqəddəs şəhəri Varanasi yaxınlığında yerləşən Chatav kəndində yaşayan 63 yaşlı Kaliash Singh düz 35 ildir ki, çimmir. 7 qız övladı olan Sİngh, Tanrıya bir oğlan olması üçün dua edib. Getmədiyi məbəd qalmayan Singh-ə bir kahin tövsiyyə edib ki, əgər çimməzsə Tanrı ona oğlan övladı nəsib edəcək. O gündən bu yana Singh 35 ildir çimməyərək səbrlə oğlan övladının olacağını gözləyir.

TÜRKİYƏDƏ DƏHŞƏTLİ QƏTLİAM: 44 NƏFƏR ÖLDÜRÜLDÜ
5 may 2009  |  
Türkiyənin Mardin şəhərinə bağlı Bilge kəndində ötən axşam keçirilən nişan mərasiminə basqın edən maskalı və silahlı şəxslər qətliam törədiblər. Daxili İşlər Naziri Bəşir Atalay, silahlı basqında 21-i uşaq olmaq 44 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını bildirdi.

KONYADA AVTOBUSUN DƏRƏYƏ AŞMASI NƏTİCƏSİNDƏ 7 NƏFƏR HƏLAK OLDU
4 may 2009
Türkiyənin Konya şəhərinə bağlı Ereğli səmtində meydana gələn qəzada sərnişin avtobusu dərəyə aşdı. Qəza nəticəsində əksəriyyəti şagird olan avtobusda 7 nəfər həlak olub, 23 nəfər isə yaralanıb. Qəzada yaralanan bir qadın isə “Övladım hardadır” deyə fəryad edərək öz uşağını axtarıb. Övladının xəstəxanada olduğunu deyən tibb işçiləri, depressiyaya düşən qadını xəstəxanaya aparıblar.

89 YAŞLI BƏY
2 may 2009
"Gec olsun, güc olmasın" Türk atalar sözü doğru çıxdı. İranda yaşayan bir kişi həyatı boyunca heç evlənməmiş, yalnız 89 yaşına çatanda axtardığı qadını taparaq onunla ailə qurmuşdur.

Həyat nə qədər qəribə olsa da, İran qəzetlərində verilən məlumata görə Cənubi Azərbaycana bağlı Sərab əyalətində yaşayan Rzaqulu Parsayi adlı şəxs 89 yaşında evləndi.

ALMANİYADA XAOS BAŞLADI
1 may 2009
Almaniyanın paytaxtı Berlin və Hamburg-da vaxtından öncə başlayan 1 may tədbirləri qanlı keçdi. Hər 2 şəhərdə nümayişçilərlə polis arasında baş verən qarşıdurmada 51 polis yaralandı, 12 nümayişçi isə həbs edildi.

AĞ CİYƏRDƏN KÜKNAR BUDAĞI ÇIXARILDI
15 aprel 2009
Bədən boşluğunda vaxt aşırı ağrılardan əziyyət çəkən Udmuriyanın İjevsk xətəxanasına yatırılan 28 yaşlı Artyom Sidorkinə ağ ciyərin xərçəng xəstəliyi diaqnozu qoyulmuşdur. Lakin əməliyyat zamanı məlum olunanlar həkimləri şoka saldı.

« 1 2 3 4 5 6 7 8 9 10






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS