Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

GƏNCƏDƏ BAŞ VERƏN YOL QƏZASINDA 2 NƏFƏR XƏSARƏT ALIB
28 may 2009
May ayının 27-si saat 16:30 radələrində Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib. Heydər Əliyev prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində VAZ 21011 markalı, 41-BA-486 dövlət nömrə nişanlı, Gədəbəy sakini Musayev Şaiq Fəxrəddin oğlunun idarə etdiyi avtomobil ilə VAZ 2107 markalı, 90-BN-126 dövlət nömrə nişanlı, Həsənov Şaməddin Şərif oğlunun idarə etdiyi avtomobil toqquşub.

GM ŞİRKƏTİ İFLASA UĞRAMAQ ÜZRƏDİR
28 may 2009
Son aylar maddi vəziyyəti çox çətin olan GM şirkətində ötən gün vəziyyət daha da pisləşib. Beləki, General Motors-un uzunmüddətli səhm sahibləri 24 milyard ABŞ dolları həcmindəki borcu, yenidən qurulacaq şirkətin 10%-lik səhmlərinə dəyişməkdən imtina ediblər (yenidənqurma layihəsinin həyata keçməsi üçün səhmdarların 90%-in razılığı gərəkdir).

MASALLIDA AĞIR YOL QƏZA HADİSƏSİ BAŞ VERİB
26 may 2009
Hadisə 25 may saat 22:00 radələrində Masallı rayonunun Alvadı kəndi ərazisindən kecən hissəsində baş verib. Beləki hərəkətdə hərəkətdə olan 1971-ci İl təvəllüdlü Novruzov Etibar Fətulla oğlunun idarə etdiyi VAZ 2106 markali 10-GO-322 dövlət nömrə nişanlı avtomobillə həmin istiqamətədə yolun sol tərəfindən sağ tərəfinə kecən Abışov Rafiq Məmməd oğlunun idarə etdiyi VAZ 2106 markalı 10-FN-087 dövlət qeydiyyat nömrə nişanlı avtomobil toqquşub.

MERCEDES B-SİNİFİ YENİ DİZAYNA MALİK OLACAQ
26 may 2009
Yeni nəsil Mercedes-Benz A və B sinifinə məxsus modellərin indikilərdən tamamilə fərqlənəcəyi artıq məlumdur. İlkin təxminlərə görə yeni A-sinifi idman tərzində kupe kuzovunda olacaq. Lakin B-sinifi dizaynına gəldikdə isə italiyalı “İnomotori” jurnalında dərc olunan xəbərdə yeni modelin idman tərzində olacağı və praktik kiçik həcmli avtomobillər olan Alfa Romeo Milano və 1-ci seriya BMW ilə rəqabət edəcəyi bildirilib.

MOSKVADA QIZIL BMW
22 may 2009  |  
“Varlığa nə darlıq” atalar sözünü yəqin ki, eşitmisiniz. Oxuyacağınız bu xəbərdə həmin atalar sözü bir daha təsdiqlənmiş olur. Beləki, Rusiyadakı “yeni zənginlər” göstəriş məqamında rəqibsizdirlər. Hələ məsələ avtomobillər olarsa onlarla yalnız varlı Ərəb şeyxləri yanaşı dura bilərlər.

Bugünlərdə Moskva küçələrində ara sıra görülən BMW insanları heyrətə gətirir. Beləki, bu BMW tamamilə qızıl ilə örtülmüşdür.

OBAMA AVTOMOBİL SƏNAYESİNDƏ TARİXİ QƏRAR VERDİ
20 may 2009
ABŞ prezidenti Barak Obama, qarşıdan gələn 7 il üçün ölkədə istifadə edilən avtomobillərin yanacaq sərfinə 40% qənaət edilməsinə planlaşdırılan bir sıra tədbirləri bəyan etdi. Bu tədbirlər ilə birlikdə 100 km-ə 20 lt-dən çox yanacaq sərf edən Hummer tipli avtomobillərin də dövrü bitmiş olur. Həmçinin, avtomobillərin buraxdığı zərərli qazların miqdarının azaldılması üçün də ciddi standartlar gətiriləcək.

NİSSAN MURANO CABRİOLET OLACAQ
18 may 2009
Amerikanın İnside Line jurnalının verdiyi məlumata görə Nissan şirkəti Murano krossoverinin bazasında hazırlanacaq yeni kabrioletin seriyalı istehsalına başlayacaq. Yeni kabriolet-krossoverin əsas ixrac ediləcəyi ölkə Amerika olacaq, bu isə o deməkdir ki, avtomobil həm tam, həm də mono-ötürücülü olacaq.

BMW ŞİRKƏTİ DÜNYANIN ƏN SÜRƏTLİ TƏCİLİ TİBBİ YARDIM MAŞININ HAZIRLAYIB
16 may 2009  |  
Bu yaxınlarda keçiriləcək RETTmobil sərgisində BMW şirkəti çox unikal bir avtomobili – BMW X6-ın platformasında hazırlanmış təcili tibbi yardım avtomobilini təqdim etməyə hazırlaşır. Avtomobilin turbo-üfürməli V8 silindirli 4.4 l həcmli mühərrikə sahib olacağını düşünsək, onun dünyada ən sürətli təcili tibbi yardımlardan biri olacağı qənaətinə gələ bilərik.

SUBARU AZƏRBAYCAN ŞİRKƏTİ AVTOMOBİLLƏRİN LİZİNQ YOLU İLƏ SATIŞINA BAŞLAYIR
11 may 2009
Potensial müştərilərinə daima yeniliklər təqdim etmək ənənsinə davam edən "Subaru Azərbaycan" şirkəti, Subaru avtomobillərinin lizinq şərtləri ilə satış kampaniyasının başlamasını elan edir.

Belə ki, bu kampaniyanın şərtlərinə görə Subaru avtomobillərini ilkin ödənişi 15 %-dən başlayan və müddəti 4 il olan lizinq şərti ilə əldə etmək mümkündür.

YENİ TOURAEG SINAQDAN KEÇİRİLİR
7 may 2009
Volskwagen şirkəti 2010-cu ilin sonlarına doğru satışa çıxması gözlənilən yeni nəsil Touraeg modeli üzərində sınaq sürüşləri apararaq son hazırlıqları tamamlayır. Kuzovu xüsusi plitələrlər vasitəsilə tanınmaz hala gətirilən yeni Touraeg-in sınaq sürüşləri zamanı foto-şəkilləri çəkilmişdir.

HEYRƏT: PORSCHE CAYENNE MODELİ DƏ KOPYALANDI
5 may 2009
Bir çox texno və avto məhsulları kopyalayan Çinlilər növbəti dəfə dünyanı heyrətə gətirdilər. Beləki, bu gün məlum olmuşdur ki, BYD şirkəti T6 adını verdiyi yeni krossover tipli modelini tamamlamaq üzrədir, hansı ki, bu model hərkəsin yaxından tanıdığı Porsche Cayenne modelinə çox bənzəyir. Təxminlərə görə BYD T6 satışlarına 2010-cu ildə başlanılacaq, avtomobil tamötürücü sisteminə malik olub 2.0 l mühərrikə sahib olacaq.

“CHRYSLER” ŞİRKƏTİ İFLASA UĞRADI
2 may 2009
Şirkətin yeni sahibləri avtomobil sənayesində həmkarlar ittifaqı Cəmiyyəti, ABŞ hökuməti və italiyanın “Fiat” şirkəti olacaq. Rəhbərliyinin dəyişilməsindən sonra “Fiat”-ın təklif etdiyi texnologiya ilə daha qənaətli avtomobillər istehsal olunacaq. Bu texnologiyaları təqdim etdiyinə görə italyanlar şirkət aksiyalarının 20%-ni əldə edəcəklər. Gələcəkdə bu hissə 35%-ə qədər çıxa bilər.

« 1 2 3 4 5 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS