Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

LEGACY MODELİNƏ XÜSUSİ YAY ENDİRİM KAMPANİYASI
8 iyul 2009
1-31 iyul 2009-cu il tarixlərində Subaru Legacy həvəskarlarına bu modeli əldə etmək üçün əlverişli imkanlar yaradılacaq. Beləki, “Subaru Azərbaycan” şirkəti Legacy modelinə bu period ərzində xüsusi endirimlər təqdim edir. Daha öncə 27.500 AZN dəyərində olan standart komplektasiyalı Legacy modelini bu period müddətində 23.500 AZN-ə əldə etmək mümkün olacaq.

YENİ TUCSON-UN TƏQDİMATI SENTYABR AYINDA KEÇİRİLƏCƏK
7 iyul 2009  |  
Aparılan son hazırlıqlar onu göstərir ki, Hyundai firması sentyabr ayında Frankfurtda keçiriləcək avtomobil sərgisində tamamilə yenilənmiş Tucson modelinin təqdimatını keçirəcək. Yeni modelin satışlarına isə dekabr ayında başlanılacağı təxmin edilir.

“SUBARU AZƏRBAYCAN” ŞİRKƏTİNDƏN YAY ENDİRİM KAMPANİYASI
30 iyun 2009
“Subaru Azərbaycan” şirkəti Forester, Outback və Tribeca modellərinə xüsusi endirim kampaniyasına start verir. Bu kampaniya çərçivəsində Müştərilər, daha öncə 38.490 AZN dəyərində olan Outback 3.0 modelini 28.490 AZN məbləğinə əldə edə biləcəklər. 48.590 AZN dəyərindəki B9 Tribeca 3.0 və 50.590 AZN dəyərindəki Tribeca 3.6 modellərini bu kampaniyaya əsasən 38.000 AZN və 39.000 AZN-ə əldə etmək mümkün olacaq.

ÖTƏN AY AVTOMOBİL BAZARINDA PASSİVLƏŞMƏ QEYDƏ ALINIB
30 iyun 2009
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin cari ilin may ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, əvvəlki ay qeydə alınmış nisbi aktivlik may ayında yenidən passivləşmə ilə müşahidə olunub.

Ötən ay avtomobil bazarında aprel ayı ilə müqayisədə təklif üzrə artım 1.5% təşkil edib. Mayda təklifin artmasına baxmayaraq tələb azalıb (3.4%).

CİTROEN YENİ C3 MODELİNİ TƏQDİM ETDİ
29 iyun 2009  |  
Citroen şirkəti Frankfurtda keçiriləcək avtomobil sərgisini gözləməyərək yeni nəsil C3 modelinin təqdimatını keçirərək avtomobil haqqında məlumat verdi. Yeni C3 sələfinə nisbətən 90 mm daha uzun olacaq. Onun eni 40 mm artdığı halda hündürlüyü 1 mm kiçilib.

“SUBARU” AVTOMOBİLLƏRİNİ ƏLDƏ ETMƏK ÜÇÜN İDEAL ŞƏRTLƏR
17 iyun 2009
Günümüzdə avtomobil seçimi zamanı vacib rol oynayan faktorlar təkcə onların prestijliyi, keyfiyyəti və texniki xarakteristikası deyil. Markanın populyarlığına təsir edən əsas faktorlardan biri – onun əlçatılan olmasıdır ki, bu da rəsmi distribyutorun təyin etdyi satış sxemi ilə birbaşa əlaqəlidir.

PEUGEOT YENİ KUPE HAZIRLAYIR
15 iyun 2009
Fransız Peugeot şirkəti 308 xetçbekin platformasında hazırlanacaq yeni kupe modelinin sınaq testlərinə başlayıb. Bu avtomobil 308 RC Z konseptin modelinə bənzər aqresiv xarici görünüşə malik olacaq, salon isə 2+2 formuluna əsasən 4 yerlik olacaq.

ÇİN, RENAULT-UN İDXALINA QADAĞA QOYDU
11 iyun 2009
Nə qədər qəribə olsa da, buraxdığı avtomobil modellərinin bütün dünyada ən təhlükəli hesab edildiyi Çin, Renault markasının bir sıra modellərinin idxalına qadağan qoydu. Buna səbəb isə çinlilərin fikrincə həmin modellər....təhlükəli olmasıdır.

MERCEDES-DƏN BİR İLK: HİBRİD AVTOBUS
9 iyun 2009  |  
Avtobus istehsalı texnologiyasında köklü dəyişikliklər edərək bu sahədə ilk olan Mercedes Benz-in hibrid (benzin və elektrik enerjisinin birləşməsi) modeli FuelCELL-in dünya üzrə təqdimatı keçirildi. Avstriyada sərgilənən avtobusu 11 iyun tarixinədək görmək mümkün olacaq.

HYUNDAİ YENİ ACCENT MODELİNİ TƏQDİM ETDİ
5 iyun 2009
Hyundai şirkəti Koreyada modernizasiya edilmiş Verna modelini təqdim etdi. Bir çox dünya ölkələrində Accent kimi tanınan bu modeled buferin forması, ön fara və radiator barmaqlığının dizaynı tamamilə dəyişilmişdir. Salon yeni mərkəzi konsol, göstəricilər paneli ilə təchiz olunmuş, avtomobilin standart komplektasiyası daxil olan aksessuarların sayı artırılmışdır (USB və Auxilary çıxışlar, sabvufer, Bluetooth).

NİSSAN ŞİRKƏTİ MURANO MODELİNİ SERVİSƏ GERİ ÇAĞIRIR
4 iyun 2009
Nissan şirkəti 8 aprel 2002-ci ildən 31 yanvar 2008-ci ilə qədər istehsal edilmiş krossover tipli Murano modelini geri çağırır. “Auto Motor und Sport” jurnalının verdiyi məlumata görə ümumilikdə rəsmi servislərə 362891 avtomobil gəlməlidir, hansı ki, xaric borusunda problem olduğu təxmin edilir.

Bu məsələ ilə bağlı olaraq Nissan şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi olan Nurgün Motors şirkəti ilə əlaqə saxladıq.

HONDA ŞİRKƏTİ CROSSTOUR ADLI YENİ MODEL HAZIRLAYIR
2 iyun 2009
Yapon avtomobil şirkətlərindən biri olan Honda, CrossTour adlı yeni model üzərində işləyir. Avtomobilin yüksəldilmiş klirensə malik xetçbek kuzovunda olacağı və tam ötürücü sistemi ilə təchiz ediləcəyi gözlənilir.

« 1 2 3 4 5 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS