Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

ƏN BAHALI MAŞINLAR
11 dekabr 2009  |  
Dünyanın ən bahalı maşını 1931 -ci ilin istehsalı olan Bugatti Royale Kellner Coupe avtomobilidir. O, 1987 -ci ildə 8,700,000 dollara satılaraq bütün rekordları geridə qoymuşdur. Bu günə qədər heç bir avtomobil bu rekordu təkrarlaya bilməyib.

HONDA CR-V MODELİNİ YENİLƏDİ
23 sentyabr 2009
Honda şirkəti krossover CR-V modelinin yenilənmiş versiyasının foto-şəkillərini təqdim etdi. Gözlənildiyi kimi, avtomobilin xarici görünüşündə əsaslı dəyişikliklər yoxdur. Buna baxmayaraq, yeni bufer, radiator barmaqlığı və kiçik dəyişikliyə məruz qalmış kapotu qeyd etmək lazımdır. Bununla yanaşı təkər disklərinin dizaynı da dəyişilmişdir.

İÇƏRİŞƏHƏRƏ AVTOMOBİLLƏ DAXİL OLMASI ÖDƏNİŞLİDİR
2 sentyabr 2009
İçərişəhərdə nəqliyyatın sayının tənzimlənməsi məqsədi ilə yeni avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılaraq istifadəyə verilib. Sistem nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını tanımaq, İçərişəhərdə olan avtomobillərin sayını müəyyənləşdirmək və buna müvafiq olaraq girişi məhdudlaşdırmaq imkanı verir.

TOYOTA RAV4 MÜŞTƏRİLƏRİ AVTOMOBİLLƏRİNİN PULSUZ TƏMİRİNİ TƏLƏB EDİRLƏR
31 avgust 2009
Toyota RAV4 modelinin ABŞ-dakı müştəriləri avtomatik sürətlər qutusunun pulsuz təmirini tələb edirlər. Beləki onlar bu barədə Toyota şirkətinin nümayəndəliyinə, həmçinin yolların təhlükəsizliyinə nəzarət edən təşkilata (NHTSA) müraciət etmişlər.

İDEAL AVTOMOBİL ÜÇÜN İDEAL ŞƏRTLƏR
28 avgust 2009
Öz Müştəriləri və potensial alıcılarına daima yenilik və sürprizlər təqdim edən “Subaru Azərbaycan” şirkəti bu ənənəsinə sadıq qalaraq yeni bir kampaniyaya başlayır. Beləki, indi Subaru Legacy modeli əldə edən hər bir Müştəri üçün aşağıda sadalanan hədiyyələri seçmək imkanı veriləcək:

1. 30.000 km-ə qədər pulsuz Texniki Baxış.
2. 500 l həcmində pulsuz yanacaq.
3. Noutbuk.

KİA SOUL YENİ MÜKAFAT QAZANDI
24 avgust 2009
Bir ildən az müddətdə dünya bazarında olmağına baxmayaraq cəlbedici Kia Soul artıq saysız-hesabsız mükafatlara layiq görülüb. Bunlara “Euro-NCAP” tərəfindən “Toqquşma zamanı 5 ulduzlu təhlükəsizlik reytinqi” və Birləşmiş Krallıqda keçirilən 2009-cu ilin istehlakçıları arasında “Hansı?” (Which?) adlı sorğusu tərəfindən “Ən yaxşı yeni MPV” mükafatları daxildir.

YENİ MATİZ-İN İSTEHSALINA BAŞLANILIR
21 avgust 2009
General Motors konserninin Koreyalı bölməsi Matiz modelinin seriyalı istehsal olunacaq yeni modelini təqdim etdi. “Matiz Creativ” adı verilən bu avtomobilin satışları artıq 1 sentyabrdan etibarən Cənubi Koreyada başlayacaq. 3 variantda (Pop, Jazz və Groove) təqdim ediləcək yeni Matizin dəyəri 7200-8000 ABŞ $ olacaq. Avropada isə yeni Matiz-in satışlarının 2010-cu ilin əvvəlində başlanılacağı təxmin edilir.

KİA YENİ CEE'D MODELİNİ TANITDI
11 avgust 2009  |  
Cənubi Koreyanın Kia şirkəti yenilənmiş Cee’d modelinin rəsmi fotoşəkillərini təqdim etdi. Yeni Cee’d işıq-diodlu arxa və forması dəyişilmiş ön faralara, eləcə də sayəsində avtomobilin uzunluğunun 25 mm artdığı buferə sahib olacaq. Yeni Soul və Sorento modellərində quraşdırılan Kia korporativ stilli radiator barmaqlığı, dəyişdirilmiş mərkəzi konsol və iqlim-kontrol sistemi də yeniliklər arasındadır.

AUDİ S5 SPORTBACK MODELİNİ TANITDI
19 iyul 2009  |  
Audi şirkəti ötən günlərdə rəsmi olaraq yeni A5 Sportback modelinin foto-şəkillərini yayınladı. İlkin olaraq avtomobilin Frankfurtda təqdim ediləməsi planlansa da, şirkət nümayəndələri bu tarixi önə çəkib yubiley ərəfəsində etdilər; tam 100 il öncə Avqust Xork Almaniyada August Horch Automobilwerke GmbH fabrikinin əsasını qoymuşdu; daha sonra onun adı dəyişdirilərək Audi Automobilwerke GmbH oldu.

ƏN GÜCLÜ OPEL GƏLİR
17 iyul 2009  |  
Opel’in uğurlu modellərindən biri olan İnsignia’nın yeni, gücləndirilmiş versiyası yaxın günlərdə alıcılara təqdim ediləcək. İnsignia OPC, 325 a.q.-nə sahib, 2.8 l həcmli, V6 şəkilli mühərrik ilə təchiz edilərək Opel’in seriyalı istehsala daxil edilən ən güclü mühərrikli modeli olacaqdır.

"SUBARU AZƏRBAYCAN" ŞİRKƏTİNDƏN XÜSUSİ TƏKLİF
15 iyul 2009
“Subaru Azərbaycan” şirkəti öz potensial Müştəriləri üçün yeni bir endirim kampaniyasına start verir. Bu kampaniya çərçivəsində aşağıda sadalanan modelləri xüsusi endirim ilə əldə etmək mümkündür:

Model: Subaru Forester 2.5 Turbo, 2007 istehsalı. Daha öncə 30490 AZN dəyərində olan bu modeli hazırda 23000 AZN-ə əldə etmək mümkündür...

AUDİ-NİN YENİ Q3 MODELİ İSPANİYADA YIĞILACAQ
13 iyul 2009
Audi şirkəti yeni Q3 krossoverinin İspaniyada istehsal edilməsi üçün hazırda danışıqlar aparır. Artıq məlumdur ki, alman şirkəti istehsal prosesini İspaniyada təşkil etmək üçün 300 milyon avro sərmayə qoymağı planlayır.

« 1 2 3 4 5 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS