|
BAKIDA HAVA NECƏDİR?
 |
|
|
|
BİZİMLƏ ƏLAQƏ

|
|
NAİLİYYƏT


|
|
|
|
4 may 2010 |
 İtaliyada yeni, son dərəcə müasir 2004 Lambarcini Gallardo avtomobili yol polislərinin ixtiyarına verilib. Bu avtomobil digər polis maşınlarından xarici görnüşü, keyfiyyəti, sürəti, müasirliyi və ən əsasıda qiymətinə görə çox fərqlənir. Amma İtaliya rəsmiləri bu füsünkar maşını yol polislərinə verdikdə bir şeyi nəzərə almayıblar" maşın nə qədər sürətlidirsə, bir o qədərdə təhlükəlidir". Nəticə göz qabağındadır.
|
|
|
11 dekabr 2009 |
 Dünyanın ən bahalı maşını 1931 -ci ilin istehsalı olan Bugatti Royale Kellner Coupe avtomobilidir. O, 1987 -ci ildə 8,700,000 dollara satılaraq bütün rekordları geridə qoymuşdur. Bu günə qədər heç bir avtomobil bu rekordu təkrarlaya bilməyib.
|
|
|
23 sentyabr 2009
 Honda şirkəti krossover CR-V modelinin yenilənmiş versiyasının foto-şəkillərini təqdim etdi. Gözlənildiyi kimi, avtomobilin xarici görünüşündə əsaslı dəyişikliklər yoxdur. Buna baxmayaraq, yeni bufer, radiator barmaqlığı və kiçik dəyişikliyə məruz qalmış kapotu qeyd etmək lazımdır. Bununla yanaşı təkər disklərinin dizaynı da dəyişilmişdir.
|
|
|
2 sentyabr 2009
 İçərişəhərdə nəqliyyatın sayının tənzimlənməsi məqsədi ilə yeni avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılaraq istifadəyə verilib. Sistem nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını tanımaq, İçərişəhərdə olan avtomobillərin sayını müəyyənləşdirmək və buna müvafiq olaraq girişi məhdudlaşdırmaq imkanı verir.
|
|
|
31 avgust 2009
 Toyota RAV4 modelinin ABŞ-dakı müştəriləri avtomatik sürətlər qutusunun pulsuz təmirini tələb edirlər. Beləki onlar bu barədə Toyota şirkətinin nümayəndəliyinə, həmçinin yolların təhlükəsizliyinə nəzarət edən təşkilata (NHTSA) müraciət etmişlər.
|
|
|
28 avgust 2009
 Öz Müştəriləri və potensial alıcılarına daima yenilik və sürprizlər təqdim edən “Subaru Azərbaycan” şirkəti bu ənənəsinə sadıq qalaraq yeni bir kampaniyaya başlayır. Beləki, indi Subaru Legacy modeli əldə edən hər bir Müştəri üçün aşağıda sadalanan hədiyyələri seçmək imkanı veriləcək: 1. 30.000 km-ə qədər pulsuz Texniki Baxış. 2. 500 l həcmində pulsuz yanacaq. 3. Noutbuk.
|
|
|
24 avgust 2009
 Bir ildən az müddətdə dünya bazarında olmağına baxmayaraq cəlbedici Kia Soul artıq saysız-hesabsız mükafatlara layiq görülüb. Bunlara “Euro-NCAP” tərəfindən “Toqquşma zamanı 5 ulduzlu təhlükəsizlik reytinqi” və Birləşmiş Krallıqda keçirilən 2009-cu ilin istehlakçıları arasında “Hansı?” (Which?) adlı sorğusu tərəfindən “Ən yaxşı yeni MPV” mükafatları daxildir.
|
|
|
21 avgust 2009
 General Motors konserninin Koreyalı bölməsi Matiz modelinin seriyalı istehsal olunacaq yeni modelini təqdim etdi. “Matiz Creativ” adı verilən bu avtomobilin satışları artıq 1 sentyabrdan etibarən Cənubi Koreyada başlayacaq. 3 variantda (Pop, Jazz və Groove) təqdim ediləcək yeni Matizin dəyəri 7200-8000 ABŞ $ olacaq. Avropada isə yeni Matiz-in satışlarının 2010-cu ilin əvvəlində başlanılacağı təxmin edilir.
|
|
|
11 avgust 2009 |
 Cənubi Koreyanın Kia şirkəti yenilənmiş Cee’d modelinin rəsmi fotoşəkillərini təqdim etdi. Yeni Cee’d işıq-diodlu arxa və forması dəyişilmiş ön faralara, eləcə də sayəsində avtomobilin uzunluğunun 25 mm artdığı buferə sahib olacaq. Yeni Soul və Sorento modellərində quraşdırılan Kia korporativ stilli radiator barmaqlığı, dəyişdirilmiş mərkəzi konsol və iqlim-kontrol sistemi də yeniliklər arasındadır.
|
|
|
19 iyul 2009 |
 Audi şirkəti ötən günlərdə rəsmi olaraq yeni A5 Sportback modelinin foto-şəkillərini yayınladı. İlkin olaraq avtomobilin Frankfurtda təqdim ediləməsi planlansa da, şirkət nümayəndələri bu tarixi önə çəkib yubiley ərəfəsində etdilər; tam 100 il öncə Avqust Xork Almaniyada August Horch Automobilwerke GmbH fabrikinin əsasını qoymuşdu; daha sonra onun adı dəyişdirilərək Audi Automobilwerke GmbH oldu.
|
|
|
17 iyul 2009 |
 Opel’in uğurlu modellərindən biri olan İnsignia’nın yeni, gücləndirilmiş versiyası yaxın günlərdə alıcılara təqdim ediləcək. İnsignia OPC, 325 a.q.-nə sahib, 2.8 l həcmli, V6 şəkilli mühərrik ilə təchiz edilərək Opel’in seriyalı istehsala daxil edilən ən güclü mühərrikli modeli olacaqdır.
|
|
|
15 iyul 2009
 “Subaru Azərbaycan” şirkəti öz potensial Müştəriləri üçün yeni bir endirim kampaniyasına start verir. Bu kampaniya çərçivəsində aşağıda sadalanan modelləri xüsusi endirim ilə əldə etmək mümkündür: Model: Subaru Forester 2.5 Turbo, 2007 istehsalı. Daha öncə 30490 AZN dəyərində olan bu modeli hazırda 23000 AZN-ə əldə etmək mümkündür...
|
|
|
|