Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

NETTY 2009 - AZƏRBAYCAN MİLLİ İNTERNET MÜKAFATI QALİBLƏRİ MÜƏYYƏN EDİLDİ
18 may 2009  |  
R.Behbudov adına mahnı teatrında 17 may tarixində NETTY 2009 Azərbaycan Milli İnternet Mükafatının təntənəli mükafat vermə mərasimi keçirildi. Rəsmi şəraitdə NETTY-nin akademikləri 16 nominasiya üzrə cari ildə ən yaxşı milli veb-saytlarının adlarını çəkdilər

KörpüKamp LAYİHƏSİ BAŞ TUTDU
17 may 2009  |  
KörpüKamp konfransının ilk günü, 120-dən artıq insanın iştirakı ilə keçirildi. Konfransın iştirakçılarının əsas auditoriyası, İnternet, Media və QHT nümayəndələri idi. 16 may saat 15.00`da rəsmi açılışdan sonra Körpükampda təqdimatlar silsiləsi başlandı. Bir çox aktual mövzuları əhatə edən 10-dan çox təqdimat edildi. Təqdimatlarda yeni medianın ənənəvi mediadan üstünlükləri barədə fikirlər səsləndi, yeni mediadan səmərəli istifadə üsulları haqqında məlumat verildi.

“RoamCELL” İLƏ MƏSAFƏ FƏRQİNİ HİSS ETMƏYƏCƏKSİNİZ
16 may 2009
"Azercell Telekom" MMC ilə Əlcəzairin "Wataniya" və Birləşmiş Ərəb Əmirliklərinin "DU" operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, "Azercell"-in BƏƏ ilə ikinci, Əlcəzair ilə isə birinci rouminq müqaviləsidir.

BAKCELL BREND DƏYİŞİKLİYİ EDƏRƏK RƏQABƏTİ CANLANDIRIR
12 may 2009
12 may 2009-cu il tarixində Bakcell Azərbaycanın inkişaf edən mobil rabitə bazarında qabaqcıl mobil rabitə operatoru kimi qabaqcıl mövqeyini möhkəmlədəcək brend dəyişikliyini elan edir. Yeni brend gələcək innovasiyalar üçün güclü platformanı təmin edəcək hər bir şeyi – azərbaycanlıların milli qürurunu, müştərilərə qayğını və mütərəqqi mövqeyini əsas tutur.

Brend dəyişikliyi ümummilli səviyyədə tətbiqi yeni veb-sayt, televiziya, radio, mətbuat, elektron poçt və SMS vasitəsilə reklam daxil olmaqla, güclü marketinq və reklam kampaniyaları ilə dəstəklənir.

“AZERCELL” DAHA DÖRD BEYNƏLXALQ MMS ROUMİNQ XİDMƏTİNİ İSTİFADƏYƏ VERDİ
8 may 2009
"Azercell Telekom" MMC Beynəlxalq MMS rouminq tərəfdaşlarının sayını artırmaqda davam edir. Bu dəfə operator Gürcüstanın “Magticom”, Finlandiyanın “Telia Sonera”, Latviyanın “Bite”, Misrin “Mobinil” mobil rabitə şirkətləri ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib. Abonentlərinə məsafə fərqini hiss etdirməmək üçün “Azercell Telekom”, 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Hal-hazırda “Azercell Telekom” MMC 50 mobil şəbəkə operatoru ilə 38 ölkədə MMS xidmətinə qoşulub.

“SMS ŞANS” KAMPANİYASI DAHA 50 ABONENTİ SEVİNDİRDİ
7 may 2009
"Azercell Telekom" MMC-nin martın 1-dən etibarən start verdiyi "SMS ŞANS" lotereya kampaniyası abonentlərinə sürprizləri davam edir. Belə ki, hər həftə keçirilən tirajlar nəticəsində "Azercell" abonentləri pul mükafatları və türk mügənnilərinin konsertinə bilet qazanmaq imkanı əldə edirlər.

SMS VƏ MMS-LƏR 50% GÜZƏŞTLƏ GÖNDƏRİLƏCƏK
6 may 2009
“Azercell Telekom” MMC-nin abonentlərinə sürprizləri davam edir. Bir müddət bundan əvvəl öz Dost-Tanış nömrələrinin sayını artırıb onlarla güzəştlə danışan “Azercell” abonentləri indi həmin nömrələrə SMS və MMS-ləri 50 faiz güzəştlə göndərmək imkanı əldə edəcəklər. Mayın 5-dən start verilən və 6 ay davam edəcək kampaniya dövründə fakturasız xətt abonentləri Dost-Tanış nömrələrinə 50 faiz güzəştlə bolluca SMS və MMS göndərə bilərlər.

AZERCELL-DƏN YENİ KAMPANİYA: 3 DƏQİQƏ 30 KONTURA BƏRABƏR OLDU
5 may 2009
“Azercell Telekom” MMC abonentləri üçün ardıcıl və bir-birindən maraqlı kampaniyalar keçirir. Artıq 1 may tarixindən etibarən Azercell fakturasız xətt abonentləri üçün növbəti kampaniyaya start verilir.

“3 dəqiqə=30 kontur!” adlanan kampaniyaya qoşulan bütün abonentlər şəbəkə daxili zənglərdə ilk 3 dəqiqəsinə görə yalnız 30 kontur ödəyəcəklər.

FACEBOOK-DA TƏHLÜKƏ
2 may 2009
Bütün dünyada olduğu kimi ölkəmizdə də geniş yayılmış Facebook sosial şəbəkəsində yeni bir təhlükə olduğu ortaya çıxdı. Əgər bu günlərdə e-poçtunuzda Facebook-dan gələn bir mesaj olduğunu bildirən və sizi həmin səhifəyə yönləndirən məktub varsa, diqqətli olun. Şəbəkə üzvlərini Facebook-un giriş pəncərəsinə bənzər Fbaction.net ünvanına yönləndirən məktub, artıq bir çox insanı aldatmışdır.

“AZERCELLl” ABONENTLƏRİ 6 AY XƏTTLƏRİNİ AÇIQ SAXLAYA BİLƏCƏKLƏR
1 may 2009
"Azercell Telekom" MMC-dən abonentləri üçün növbəti şad xəbər var. Artıq Azercell Fakturasız xətt abonentləri üçün xəttin birtərəfli bağlı qalması müddəti 180 gün oldu.

Əvvəllər abonentin istifadə etdiyi kartın müddəti bitəndən sonra onun xətti yalnız 120 gün birtərəfli açıq qalırdı. İndi isə həmin müddət daha 60 gün artırılıb.

BAŞ VERƏN SİLAHLI HÜCUM ÖLKƏ DAXİLİ İNTERNET BAĞLANTISINA DA TƏSİR EDİB
30 aprel 2009
Bu gün Dövlət Neft Akademiyasında baş verən hadisələrdən xəbər tutan minlərlə internet istifadəcisi müxtəlif xəbər agentliklərinə üz tutublar. Hadisə baş verən andan Azərbaycan İnternet məkanında olan bütün informasiya resurslarına giriş kifayət qədər məhdudlaşıb. Hətta bir sıra hallarda xəbər saytlarına ümumiyyətlə daxil olmaq mümkün olmayıb.

DAHA BİR “AZERCELL” ABONENTİ 3.000 MANAT QAZANDI!
29 aprel 2009
"Azercell Telekom" MMC-nin abonentlər tərəfindən maraqla qarşılanan "SMS ŞANS" kampanıyası davam edir. Hər mesaj göndərən abonentə müxtəlif məbləğdə pul hədiyyələri və tanınmış türk müğənnilərinin konsertlərinə bilet qazandıran lotereya kampaniyasının səkkizinci tirajı keçirilib. Tiraj nəticəsində 300 abonent 30 AZN, 30 abonent 300 AZN, bir abonent- 050 3481604 nömrənin sahibi 3000 AZN qazanıb.

« 1 2 3 ... 11 12 13 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS