Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

“İNFORMASİYA TEXNOLOGİYALARI AKADEMİYASI” LAYİHƏSİNƏ START VERİLİR
29 may 2009
Müasir cəmiyyətinin ən vacib tələblərindən olan İnformasiya Texnologiyaları sektoru həyatımızın bütün sahələrini əhatə etməkdədir. Azərbaycan cəmiyyətinin gələcəyi, müasir Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi olan bəzi gənclərin, xüsusən gənc müəllimlərin informasiya və kommunikasiya texnologiyalarından kifayət qədər və səmərəli istifadə edə bilməməsi onların bu sahə üzrə maarifləndirilməsində, informasiya ilə təmin olunmasında yaranan subyektiv səbəblərlə bağlıdır.

“AZERCELL” ŞİRKƏTİ YENİ ROUMİNQ MÜQAVİLƏLƏRİ BAĞLAYIB
27 may 2009
"Azercell Telekom" MMC ilə İsrailin “Pelephone” və Rusiyanın “Tele2” operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, “Azercell”-in İsrail ilə üçüncü, Rusiya ilə isə beşinci rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda İsrailin “Partner” və “Celcom”, Rusiyanın isə “Megafone”, “VimpelCom”, “MTS” və “NTC” operatorlarının xidmətindən yararlanırlar.

“SMS ŞANS” KAMPANİYASI SONA ÇATDI
26 may 2009
“Azercell Telekom” MMC-nin martın 1-dən start verdiyi “SMS ŞANS” lotereya kampaniyası sona çatdı. Bu müddət ərzində hər mesaj göndərən abonentə müxtəlif məbləğdə pul hədiyyələri və tanınmış türk müğənnilərinin konsertlərinə bilet qazandıran kampaniyanın mayın 20-də sonuncu tirajı keçirilib. Onuncu tiraj nəticəsində 50 “Azercell” abonenti mayın 21-də Heydər Əliyev adına Sarayda keçiriləcək türk müğənnisi Fərhad Köçerin konsertinə 100 bilet qazanıb.

"BAKCELL" SUMQAYITDA YENI MÜŞTƏRI XIDMƏTLƏRI MƏRKƏZI AÇIB
26 may 2009
Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan "Baksell Ltd" MMC şirkəti ölkənin ən iri sənaye mərkəzi hesab olunan Sumqayıt şəhərində yeni Müştəri Xidmətləri Mərkəzi açıb.

FACEBOOK-DAKI ŞƏKİLLƏR SİLİNMİR
25 may 2009
Aparılan araşdırmalar nəticəsində Facebook sosial şəbəkəsinə yüklənən şəkillərin silinmədiyi ortaya çıxdı. Yorucu bir axşamdan sonra səhər yuxudan oyandığınız zaman dostlarınızdan birinin bu halda şəklinizin çəkməsinə mane olmaya bilərsiniz. Və ya, kimsənin görməsini istəmədiyiniz, “yaxşı düşmədiyiniz” bir foto-şəkil zarafatcıl dostlarınızdan birinin əlinə düşə bilər. Əgər onlar şəkilləri Facebook və ya MySpace kimi sosial şəbəkələrdə paylaşmağı sevirlərsə, onda vəziyyət heç də yaxşı deyil.

“AZERCELL” VƏ AFFA ARASINDA ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALANDI
25 may 2009
Mayın 24-də Azərbaycanın lider mobil operatoru olan “Azercell Telekom” MMC ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlıq müqaviləsi imzalandı. Bu müqaviləyə görə, “Azercell” Azərbaycan futbolunun inkişafına öz məxsusi töhfəsini verəcək.

MSN BƏZİ ÖLKƏLƏRDƏ QADAĞAN OLUNACAQ
23 may 2009
Microsoft şirkəti bəzi ölkələrdə populyar mesajlaşma xidməti olan Windows Live Mesenger-in istifadəsinı qadağan edəcək. ABŞ-ın ambargo qoyduğu dövlətlərdən olan Kuba, Suriya, İran, Sudan və Şimali Koreyada bu proqrama bağlanmaq artıq mümkün deyil və qoşulmaq istəyən istifadəçilər “Error 810003c1” xəta mesajını alırlar.

FUTBOLUN “GÜNƏŞLİ” MƏBƏDİ
23 may 2009
Vaxt keçdikcə texnologiyanın ətraf mühitə daha az zərər verdiyi şəkildə inkişaf etdiyinin şahidi oluruq. Ekoloji cəhətdən daha təmiz olan, günəş enerjisi ilə işləyən avtomobilləri buna misal göstərmək olar. Bir başqa örnək isə Tayvan-da tikilməkdə olan 50.000 nəfərlik nəhəng stadiondur. Bu stadionun əsas özəlliyi üzərinə qurulmuş 8.844 günəş panelidir.

AZƏRBAYCAN İNTERNET FORUMU AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNƏ MÜRACİƏT EDİB
22 may 2009
Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə müraciət edib. Müraciətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ləğv edilməsi və onun əsasında beynəlxalq təcrübəyə müvafiq olaraq İKT sektorunda dövlət idarəetməsi və tənzimləmə funksiyalarını həyata keçirən qurumların yaradılması və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər öz əksini tapıb.

AZERCELL-DƏN YENİ XİDMƏT: “DANIŞAN MESAJ”
22 may 2009
"Azercell Telekom" MMC bütün Azercell abonentləri üçün yeni "Danışan Mesaj" xidmətini istifadəyə verib. Yeni xidmət "Azercell" abonentlərinə öz mesajını zəng vasitəsilə göndərməyə imkan verəcək. Xidmətdən istifadə qaydaları da çox sadədir. Belə ki, istədiyiniz abonentə "Danışan Mesaj" göndərmək üçün * düyməsini və mesaj göndərdiyiniz abonentin 10 rəqəmli nömrəsini yığıb, siqnal səsindən sonra mesajı yerləşdirməlisiniz.

UŞAQLARIN KOMPYUTER OYUNLARINA OLAN BAĞLILIQLARININ ÇİN ÜSULU İLƏ MÜALİCƏSİ
22 may 2009
Çinli həkimin uşaqların internet və şəbəkə oyunlarına olan bağlılıqlarından qurtarmaq üçün təklif etdiyi müalicə üsulu bir çox məsləkdaşını şok edib. Beləki, çinli psixolog Yang Yongxin, kompyuter oyunlarına bağlılığı olan uşaqları müalicə etmək üçün elektrik axımından istifadə edir. Dövlət xəstəxanasındakı müayinə otağında uşaqları çarpayıya uzadıb bağladıqdan sonra onların barmaq uclarına elektrik axımı verilir.

“AZERCELL” YENİ GPRS PAKETLƏRİ İSTİFADƏYƏ VERİB
20 may 2009
Güzəştli endirim kampaniyaları və analoqu olmayan xidmətləri ilə seçilən "Azercell" bu dəfə internet həvəskarlarını sevindirir. Belə ki, şirkət bu mayın 12-dən etibarən Data Paketləri üzrə mövcud olan paketlər siyahısına 100 MB və 1GB GPRS paketləri də əlavə edib. Özü də abonentlər bu GPRS paketlərini sərfəli qiymətlərlə əldə edəcəklər.

« 1 2 3 ... 10 11 12 13 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS