Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Elektron Təhlükəsizlik Mərkəzinin rəsmi veb səhifəsi təqdim olundu
31 yanvar 2014
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi rəsmi veb resursunu istifadəyə verib. "cert.az "domenində təqdim olunan resursda Elektron Təhlükəsizlik Mərkəzi barədə məlumatlar, qurumun fəaliyyət istiqamətləri, təqdim etdiyi xidmətlərlə bağlı informasiyalar əks olunub.

Azercell sosial şəbəkələrdə liderliyə görə təkrarən beynəlxalq sertifikatla təltif olundu
29 yanvar 2014
Azərbaycanın mobil texnologiyalar bazarının lideri – “Azercell Telekom” MMC artıq ikinci dəfədir ki, onlayn müştəri xidtmətləri sahəsində rekord göstəricilərə nail olaraq, “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.

Azercell Ekspres indi İsmayıllıda
8 noyabr 2013
Bununla da regionlarda Ekspres ofislərinin sayı 29-a çatdı
Azercell Telekom MMC müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Belə ki, şirkət 7 noyabrdan etibarən İsmayıllı şəhəri, Babək küçəsi, dalan 2 ev 1 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib.

Azercell-dən jurnalistika nəzəriyyəsi və praktikası
5 noyabr 2013
Şirkətin təşəbbüsü ilə mətbuat nümayəndələri üçün növbəti peşə təlimi keçirildi
Azercell Telekom hər zaman ölkədə mətbuatla əməkdaşlığa və mətbuatın inkişafına yönəlmiş layihələrə və xüsusi önəm verib. Ən yaxşı araşdırma məqaləsi üzrə müxtəlif müsabiqələr, bu və digər ölkə və regionlarda telekommunikasiya sahəsinin inkişafı ilə daha yaxından tanış olmaq imkanı yaradan şirkətin Türkiyədə və İsveçdə yerləşən baş ofislərinə səfərlər bunun bariz nümunəsidir.

Azercell avqust ayi ərzində ölkə boyu 194 stansiya quraşdırdı
6 sentyabr 2013
Azercell Telekom-un təklif etdiyi keyfiyyətli rabitə abunəçinin harada olduğundan asılı olmayaraq öz yaxınları ilə rahat əlaqə qurmaq imkanı deməkdir. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən şirkət bu ilin avqust ayında 194 sayda radio-baza stansiyasını (RBS) istifadəyə verib.

"Honkonq vikipediyaçılara ev sahibliyi edəcək"
6 avgust 2013
7-11 avqust tarixlərində Honkonqda “Vikimaniya 2013” beynəlxalq konfransı keçiriləcək. Builki konfransda Azərbaycan dilində olan Vikipediyanı idarəçilər, Rövşən Ramizoğlu və Elgün Atalıyev təmsil edəcəklər.

Azercell Mobil Nömrə Daşınma xidmətinin tətbiqinə tam hazırdır
6 avgust 2013
Hər zaman abunəçilərinin ən son texnoloji yeniliklərdən faydalanmasını təmin edən Azercell Telekom ölkədə Mobil Nömrə Daşınma (MND) xidmətinin tətbiqi layihəsində əhəmiyyətli dəstəyini göstərmişdir.

Azercell Mobil İmza xidmətinin tətbiqinə başladı
16 iyul 2013
Azərbaycanda ilk dəfə olaraq Azercell Telekom MMC abunəçilərinə Asan İmza (Mobil İmza) xidmətini təklif edir. Bu xidmət hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanını yaradır.

Azercell-in yerli start-up-lara dəstəyinə Türkiyənin e-Toxum layihəsi də qoşuldu
21 iyun 2013
Türkiyənin aparıcı investor və mentorları gənc Azərbaycan sahibkarları ilə bir araya gələcəklər
Azercell gənclərin yeni biznes ideyalarına dəstək verməyə xüsusi önəm verir. Şirkətin “Barama” İnnovasiya Mərkəzi gənc mütəxəssislərə öz ideyalarını reallaşdırmaq, mobil və informasiya texnologiyaları əsasında biznes qurmaq üçün şərait yaradır.

Bakıda web texnologiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək
20 iyun 2013
İKT sahəsinin durmadan inkişaf etdiyi müasir dövrdə yeni əlaqələr yaratmaq, təhsil mübadiləsini genişləndirmək, beynəlxalq əməkdaşlıqlar olduqca vacibdir. Bu səbəbdən 6-7 İyul 2013 tarixində Azərbaycan və Gürüstandan olan təşkilatçıların birgə əməkdaşlığı nəticəsində web texnologiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək.

BAKIDA PİNHOL FOTOSƏRGİSİ TƏŞKİL OLUNDU
7 may 2013  |  
Xatırladaq ki, Ümumdünya Pinhol Fotoqrafiyası Günü bu il Azərbaycanda “İRƏLİ” Təlim və Karyera Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə qeyd olunub. “İRƏLİ” Gənclik Mərkəzində 40 gəncə Ümumdünya Pinhol Fotoqrafiyası Günü haqda məlumat verilib, daha sonra 2 saat ərzində gənclər tərəfindən pinhol kamera düzəldilib.

Azercell start-up biznes ideyalarına dəstək verməkdə davam edir
7 may 2013
2-3 may tarixlərində Azercell-in Barama İnnovasiya Mərkəzi və ABŞ-ın CRDF Global təşkilatı tərəfindən Elm və Texnologiya Sahibkarlığı Proqramının iştirakçıları üçün vebinarlar keçirilib. Onlayn seminarda “Biznes planın yaradılması və təqdim olunması”, “Uğurlu Biznes Təqdimatı” mövzuları müzakirəyə çıxarılıb.

« 1 2 3 ... 11 12 13 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS