Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Azercell-in Facebook statusu Azərbaycanda ən populyar status olub
26 dekabr 2014 | Çap üçün versiya | Dosta yolla |
Mobil rabitədə lider olan Azercell Telekom sosial media sahəsində da öncüllüyünü qoruyub saxlayır. ABŞ-ın “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, bu ilin oktyabr ayında ölkə brendləri arasında məhz Azercell şirkətinin rəsmi Facebook səhifəsindən yayılan status ən populyar status olub.

“Azercell-dən 2 nəfərə 20 AZN hədiyyə!” başlıqlı status 5 minə yaxın nəfər tərəfindən bəyənilib, 2600-dən çox şərh yazılıb, 100-dən çox paylaşımı olub. Ümumilikdə bu post 8 minə yaxın istifadəçini əhatə edib.

“Socialbakers”in statistikası göstərir ki, Facebook-da bütün göstəricilərə görə Azercell ölkədəki mobil operatorlar arasında ilk yerdədir. Ümumiyyətlə, Azercell Azərbaycanda ən çox Facebook təqibçisi olan mobil operatordur. Azercell-in hazırda 395 minə yaxın təqibçisi var və onların 90 faizi yerli istifadəçilərdir. Hər gün Azercell səhifəsinə 200 nəfərdən çox yeni təqibçi qoşulur. Səhifənin fanları arasında Türkiyə, Rusiya və digər ölkələrdən istifadəçilər də var. Ümumiyyətlə, ölkə üzrə brendlərin siyahısında isə Azercell ikinci yerdə qərarlaşıb.

Azercell Telekom-un rəsmi FB səhifəsi bu şəbəkədə digər göstəricilərinə görə də liderdir. Belə ki, 2014-cü ilin III-cü rübünün nəticələrinin əsasında Azercell tərəfindən səhifədə istifadəçilərin verdiyi sualların 99 faizi cavablandırdı.

Azercell Telekom-un sosial şəbəkələrdə aktiv fəaliyyəti beynəlxalq səviyyədə tanınıb.
İndiyədək Azercell dəfələrlə Faebook-dakı aktivliyinə görə “Socialbakers” tərəfindən “Socially devoted” sertifikatına layiq görülüb.

Onu da qeyd edək ki, regionda ilk dəfə olaraq məhz Azercell öz Facebook səhifəsində Onlayn Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abonentlər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar. Səhifədə, həmçinin, Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq, müxtəlif əyləncəli müsabiqələrdə iştirak edərək hədiyyələr qazanmaq mümkündür.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS