Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

NETTY-2014 iştirakçıların qəbulunu davam edir
21 aprel 2014 | Çap üçün versiya | Dosta yolla |
NETTY2014 Azərbaycan Milli İnternet Mükafatında iştirak etmək üçün ərizələrin qəbulu davam edir. Bu günə kimi 200-dən artıq sayt, layihə və proqram müsabiqədə iştiraka qəbul olunub. Qeyd olunmalıdır ki, cari mükafatın yubileyi olan ildə NETTY-nin təşkilat komitəsi tərəfindən layihələrin seçim qaydaları sərtləşdirilib. Müəllif hüquqları (tərkibində lisenziyalaşdırılmış proqramlar, musiqi, filmlər və s. olan) pozanresursların iştirakı müsabiəqədə qadağan edilib.Təşkilatçıların fikrincə bu addımlar mükafat iştirakçılarının daha keyfiyyətli tərkibini formalaşdıracaq və Milli İnternetdə əqli mülkiyyətə daha hörmətlə yanaşmaq zərurətini vurğulayacaq.

Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu www.netty.az saytında 11 may tarixədək həyata keçirilir. 12 may tarixdən 18 may tarixədək nominantların müəyyən edilməsi üçün Ekspert Şurasının və Virtual münsiflər heyəti paralel səsverməsi həyata keçirilir.

19 may tarixdə Ekspert şurasının və Virtual münsiflər heyətinin (şura hər nominasiyada iki nominant seçir, münsiflər heyəti isə hər nominasiyada bir nominant) nominantların yekunlaşdırılmış seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. NETTY2014 nominasiyalarının finalçıları rəsmən təntənəli mərasimdə elan edilirlər.

Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi - qaliblərə təntənəli surətdə verilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mükafatlandırma mərasiminin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.
Virtual münsiflər heyətinin üzvü olmaq və müsabiqənin nominantların seçimində iştirak etmək saytı ziyarət edən və ya Facebook və Twitter sosial şəbəkələrində qeydiyyatdan keçmiş hər bir şəxs ola bilər. Ekspert şurası – peşəkar mütəxəssislər, hansılar ki, müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır. NETTY Akademiyası, Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur.
Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin, RYTN-nin Elektron Təhlükəsizlik Mərkəzinin hərtərəfli dəstəyi ilə keçirilir.
Müsabiqənin partnyorları aşağıdakılardır Microsoft şirkəti, BakuTel sərgisi, Ali&Nino kitab mağazaları şəbəkəsi, Nurlar şirkəti, Happyland şirkəti. Layihənin dizayn dəstəyi Kokon şirkəti tərəfindən aparılır. Hüquqi dəstək “De Jure” hüquq firması tərəfindən aparılır. Tədbirə İnformasiya dəstəyini 1news.az , Infocity.az , Oxu.az, Navigator.az, Disput.az, Inet.az, Weblist.az, Azerphoto.com göstərir. İnformasiya təhlükəsizliyi üzrə partnyor Dr.WEB şirkətidir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

AZƏRFOTO

Ana səhifəyə dön






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS