Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

Azercell-in Facebook statusu Azərbaycanda ən populyar status olub
26 dekabr 2014
Mobil rabitədə lider olan Azercell Telekom sosial media sahəsində da öncüllüyünü qoruyub saxlayır. ABŞ-ın “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, bu ilin oktyabr ayında ölkə brendləri arasında məhz Azercell şirkətinin rəsmi Facebook səhifəsindən yayılan status ən populyar status olub.

Azercell Azərbaycan və Qafqaz regionunda ilk Elm Festivalına dəstək olur
16 oktyabr 2014
Bu il noyabrın 10-11-də paytaxtda ölkənin ən iri telekommunikasiya şirkəti olan Azercell Telekom-un sponsorluğu ilə Bakı Elm Festivalı 2014 keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə baş tutan tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə hazırlanır.

Azercell – Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”-na qoşulan ilk mobil operator oldu
5 iyun 2014
Azercell Telekom MMC gələcəkdə də, abunəçilərinə keyfiyyətli rabitə ilə yanaşı, ölkəmizdə unikal xidmət növləri, sərfəli tarif paketləri və endirim kampaniyaları təqdim etməkdə davam edəcək.

“MediaMən” layihəsinə start verildi
4 may 2014  |  
Azərbaycan Jurnalistlər Şəbəkəsi və Gənclər üçün Təhsil Mərkəzinin “MediaMən” Jurnalistika Məktəbi layihəsində təlimlərə start verilib. Təlimin birinci günündə Azərfoto İnformasiya Agentliyinin rəhbəri Ceyhun Abdulla fotojurnalistika ilə bağlı bilik və təcrübəsini iştirakçılarla bölüşüb.

Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib
29 aprel 2014
Bu gün Startup Azərbaycan layihəsi çərçivəsində XƏZƏR Universitetində görüş keçirilib. Xəzər Universitetinin müəllim və tələbələrinin qatıldığı Görüşdə Startup Azərbaycan Komandasının üzvləri, startup sahibləri və RYT Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak ediblər.
Xəzər Universitetinin Kompüter elmləri Kafedrasının müdiri Leyla xanım Muradxanlı tədbiri açaraq onun məqsədi haqqında məlumat verib.

NETTY-2014 iştirakçıların qəbulunu davam edir
21 aprel 2014
NETTY2014 Azərbaycan Milli İnternet Mükafatında iştirak etmək üçün ərizələrin qəbulu davam edir. Bu günə kimi 200-dən artıq sayt, layihə və proqram müsabiqədə iştiraka qəbul olunub. Qeyd olunmalıdır ki, cari mükafatın yubileyi olan ildə NETTY-nin təşkilat komitəsi tərəfindən layihələrin seçim qaydaları sərtləşdirilib.

“Mobil Apps-Azerbaijan” layihəsinin təqdimat mərasimi keçirilib
20 aprel 2014
19 aprel 2014-cü il tarixində Divan Exspress Bakı otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilati dəstəyi ilə “Mobil Apps-Azerbaijan” layihəsinin təqdimat mərasimi keçirilib.

Startup Azərbaycan 2014 Layihəsi fəaliyyətə başlayır
18 aprel 2014
Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 18 aprel tarixindən Startup Azərbaycan 2014 Layihəsinə start verilir.
Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

İnformasiya təhlükəsizliyi sahəsinin "ən yaxşı"ları elan olundu
10 aprel 2014  |  
“Capture The Flag” müsabiqəsinin final mərasimi keçirildi. 9 aprel 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə “Hackathon Azerbaijan” layihəsi çərçivəsində keçirilən “Capture The Flag” müsabiqəsinin final mərasimi reallaşıb.

İnformasiya Təhlükəsizliyi sahəsinin “ən yaxşı”ları müəyyənləşəcək
8 aprel 2014
"Capture The Flag" müsabiqəsinin final mərasimi keçiriləcək | 2014-cü ilin 04-06 aprel tarixlərində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə "Hackathon Azerbaijan" layihəsi çərçivəsində keçirilən "Capture The Flag" müsabiqəsi yekunlaşıb. Müsabiqəyə, həmçinin, RYTN nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi, Yüksək Texnologiyalar Parkı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, R.I.S.K və "Delta Telecom" şirkətləri də dəstək göstərməkdədirlər.

Bakida qlobal formatlı Startup Weekend tədbiri keçiriləcək
26 mart 2014
Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanaraq sahibkarlar, startap entuziastları, marketerler, dizaynerlər və proqramçılar “komanda”larda bir araya gələrək startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimat edəcəkdir.

Azercell-dən müharibə və əmək əlilləri üçün növbəti Sosial Layihə
12 mart 2014
Cəmiyyətin xüsusi qayğıya və yardıma ehtiyacı olan ən önəmli təbəqələrindən biri yaşlı nəslin nümayəndələridir. Onlar uzun bir ömür sürüb, həyatın hər üzünü görüblər. Lakin təəssüf ki, yaşlı insanların heç də hamısına ömrünün sonunadək ailədə yaşamaq nəsib olmur.

1 2 3 ... 11 12 13 »






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS