Haqqımızda   Xidmətlər   Təlimlər   Pressklub   Müsabiqələr  

XƏBƏR RUBRİKALARI

NAİLİYYƏT

Netty 2007 Winner

AZƏRBAYCAN-ÖZBƏKİSTAN YOLDAŞLIQ OYUNU KEÇİRİLDİ
20 may 2009
Lənkəran şəhər stadionunda Azərbaycan U-21 milli komandası Özbəkistanın U-20 milli komandasıyla yoldaşlıq oyunu keçirdi. Baş tutan oyunun əvvəllərində millimiz ərazi üstünlüyünə malik olsa da amma hesab arasındakı fərqi aça bilməyib. Oyunun birinci hissəsinin başa çatmasına az qalmış, Özbəkistanlı qonaqlar dəqiq oyun nümayiş etdirərək qarşılaşmanın ilk qolunu vurdu. Özbəkistan millisinin 23 nömrəli oyunçusu Zoxir Primovun 39-cu dəqiqədə vurduğu qol millimizin qələbə arzusunu ürəyində qoydu. Bu qol qarşılaşmanın yeganə qolu oldu.

AZƏRBAYCAN-İSPANİYA MATÇININ BİLETLƏRİ SATIŞDADIR
19 may 2009
Məlum olduğu kimi, 9 iyun tarixində Tofiq Bəhrəmov adın stadionda Azərbaycan və İspaniya A Milli komandaları arasında yoldaşlıq matçı keçiriləcək. AFFA-dan verilən məlumatda bilidirili ki, oyunun biletləri artıq satışdadır. Onları stadionun kassalarında, həmçinin “Nərgiz” və “Şüvəlan Park” ticarət mərkəzlərində əldə etmək olar.

AFFA VƏ “İRƏLİ” ƏMƏKDAŞLIĞA START VERDİ
14 may 2009
Ötən gün "İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı və AFFA-nın baş katibi Elxan Məmmədov arasında keçirilmiş görüşdə AFFA və "İRƏLİ"nin əməkdaşlığı ilə bağlı razılıq əldə olunmuşdur. Azərbaycanda futbolu inkişaf etdirmək və kütləviləşdirmək, onu milli ideyaya çevirmək, uşaqlar, yeniyetmələr və gənclər arasında futbolun populyarlığını daha da artırmaq start veriləcək layihənin əsas istiqamətlərindəndir.

AZƏRBAYCAN MİLLİSİ BU GÜN TÜRKİYƏ İLƏ QARŞILAŞACAQ
11 may 2009
Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Türkiyə millisiylə qarşılaşacaq. AFFA-dan verilən məlumata görə, UEFA tərəfindən Gürcüstanda təşkil olunan beynəlxalq turnir çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Tiflisin Mixail Mesxi adına stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi sloveniyalı Tanya Subotiç olacaq, ona həmyerilisi Petra Sever və gürcüstanlı Katuna Maysuradze köməklik göstərəcək.

BALCELONA-CHELSEA: MÜBAHİSƏLƏR
7 may 2009
Ötən gün keçirilən Avropa Çempionlar Liqası yarım final oyununda Chelsea klubu ilə 1-1 bərabərə qalaraq finala çıxan İspaniyanın FC Barcelona komandası üçün Barcelona şəhərində keçirilən qələbə şənlikləri hay-küylü keçdi.

Beləki, oyunun son saniyələrində Chelsea-lı futbolcu Michael Ballack-ın vurduğu zərbə cəza sahəsində Samuel Eto’o-nun qoluna dəydi. Bu vəziyyətdə Chelsea penalti gözləyərkən hakim Ovrebdo davam etmək qərarı verdi.

AZƏRBAYCANLI ŞAHMATÇI DÜNYA ÇEMPİONU OLDU
4 may 2009
Yunanıstanda keçirilən məktəblilər arası şahmat üzrə çempionat ötən gün yekunlaşdı. 15 yaş kateqoriyasında mübarizə aparan həmyerlimiz Zaur Məmmədov, 9 turda 7 bal toplayaraq dünya çempionu adına layiq görülmüşdür.

« 1 2 3 4 5 6 7 8






AXTAR VƏ TAP

 

© 2005 – 2017
Müəllif hüquqları AZƏRFOTO tərəfindən qorunur.
Developed by: OXUS